Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Paşinyanla Qarabağ ətrafında vəziyyəti müzakirə edib - Kreml

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.
BAKI, 8 avqust - Sputnik. Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ətrafındakı vəziyyəti, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb".

Məlumatda deyilir ki, telefon danışığı zamanı Qarabağ ətrafında vəziyyətin inkişafı, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib.
Qeyd olunur ki, bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiqlənib.
Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
"Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Müdafiə Nazirliyindən qeyd olunub.
Xəbər lenti
0