Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan daha bir texnoloji yenilik - Sərnişin təyyarələri üçün quşlardan qorunma sistemi

© Sputnik / Кирилл Каллиников / Mediabanka keçidMoskvanın "Domodedovo" hava limanının ornitoloji xidməti, arxiv şəkli
Moskvanın Domodedovo hava limanının ornitoloji xidməti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Abunə olmaq
Hava limanları üçün ornitoloji uçuş təhlükəsizliyi sistemi 21 km-ə qədər məsafədə eyni vaxtda yüzə qədər quşun uçuşunu izləyə bilir.
BAKI, 7 avqust - Sputnik. Rusiyanın "Rostex" Dövlət Korporasiyasının "Roselectronika" holdinqi hava limanları üçün "Orni" ornitoloji uçuş təhlükəsizliyi sistemini işləyib hazırlayıb. Bu barədə Korporasiyanın saytında məlumat yer alıb.
İyirmi bir km-ə qədər məsafədə eyni vaxtda yüzə qədər quşun uçuşunu izləyə bilən avadanlıq Sankt-Peterburqun Pulkovo hava limanında sınaqdan uğurla keçib.
"Orni" birdən dördə qədər sayda passiv kogerent lokator, aşkarlanma və izlənilmə radarları, həmçinin uçuş üçün təhlükəli zonada olan quşları qorxudan bioakustik emitentlər və digər cihazlarla əlaqə yaratmaq üçün alt sistemdən ibarətdir.
Bu cihaz təyyarələrin və hava limanlarının radio avadanlıqlarının işinə mane olmur və onlara təsir göstərmir.
© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidOmskda təyyarə
Omskda təyyarə - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Omskda təyyarə
Kompleks bütün quş uçuşlarının qeydiyyatını və arxivini aparan, həmçinin alt sistemlərin işinə nəzarət edən və digər hava limanı xidmətləri ilə məlumat mübadiləsini həyata keçirən proqram təminatı ilə təchiz edilib. "Orni"nin bütün işləri avtomatik rejimdə həyata keçirilir.
"Rostex"in nəzdində işləri "Roselectronika"nın bir müəssisəsi olan "Vektor" Araşdırma İnstitutu həyata keçirir.
"Vektor"un kommersiya fəaliyyəti üzrə direktoru Andrey Sorokinin sözlərinə görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının məlumatlarında dünyada hər il 5000-dən təyyarələrin quşlarla toqquşması qeydə alınır.

"Demək olar ki, bu hadisələrin yarısında quşlar mühərrikə giri və bundan sonra təyyarələr hava limanına qayıtmalı olurlar. Yeni sistemimiz hava limanlarının yaxınlığında quşları dəqiq izləyir və uçuş və eniş zamanı onları hürküdüb kənarlaşdırır”, - deyə müəssisənin nümayəndəsi bildirib.

Xəbər lenti
0