QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 06.08.2022
Abunə olmaq
Azərbaycan Ordusunun nəzarəti altında olan məntəqə və yüksəkliklərin sayı artıb.
BAKI, 6 avqust - Sputnik. Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Azərbaycan Ordusunun nəzarətinə keçən Buzdux dağında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.
Xatırladaq ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Məlumatda deyilirdi ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Avqustun 4-dən 5-nə keçən dövr ərzində 9 belə hal qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.08.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Erməni hərbi birləşmələrinin ünsürləri torpaqlarımızdan çıxarılmalıdır - İlham Əliyev
Xəbər lenti
0