Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bəzi marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişəcək

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan, 1920, 06.08.2022
Abunə olmaq
Bu gündən etibarən paytaxtın bəzi hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
BAKI, 6 avqust — Sputnik. 6 avqust 2022-ci il saat 08:00-dan 8 avqust 2022-ci il saat 20:00-dək Zivər bəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) xəbər yayıb.
Qeyd olunub ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 7 sayda müntəzəm marşrutun (2, 14, 33, 52, 65, 79 və 96 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (Füzuli, Abdulla Şaiq küçəsi, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi) təşkil ediləcək.
Xəbər lenti
0