https://sputnik.az/20220805/putin-ve-erdogan-arasinda-socide-3-saatdir-danisiqlar-gedir-444738337.html
Putin və Ərdoğan arasında danışıqlar başa çatıb
Putin və Ərdoğan arasında danışıqlar başa çatıb
Sputnik Azərbaycan
Rusiya Prezidenti “Türk axını”nı Avropanı Rusiya Federasiyasından qazla təmin edən ən mühüm arteriyalardan biri adlandırıb. 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T19:33+0400
2022-08-05T19:33+0400
2022-08-05T20:49+0400
rusiya
rusiya prezidenti vladimir putin
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
görüş
soçi
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444736577_0:0:3087:1737_1920x0_80_0_0_b15ac7e9958ff7a4a4296fd94385ac22.jpg
BAKI, 5 avqust - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə danışıqlar başa çatıb. Rusiya KİV-lərinin məlumatına görə, iki liderin “Rus” sanatoriyasının ərazisində keçirilən görüşü 4 saatdan artıq davam edib.Jurnalistlərə görüşün başlanğıcı göstərilib, daha sonra ünsiyyət mediaya qapalı rejimdə davam edib.Söhbətin əvvəlində Putin türkiyəli həmkarına Ukraynadan taxıl tədarükü və Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına fasiləsiz çatdırılması məsələsinin həllində şəxsən iştirakına görə təşəkkür edib.Rusiya Prezidenti onu da qeyd edib ki, “Türk axını” normal və nasazlıqla işləyir və bu gün Avropanı Rusiya Federasiyasından qazla təmin edən ən mühüm arteriyalardan biridir.Bundan əlavə, Putin iki ölkə arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandumun imzalanacağına ümid etdiyini bildirib.O, həmçinin əlavə edib ki, görüşdə Suriya mövzusu da yan keçməyəcək. Ərdoğan da öz növbəsində bildirib ki, liderlər əməkdaşlıq məsələlərində yeni səhifə açmalıdırlar.O, bura enerji əməkdaşlığı, Qara dənizdə taxıl ixracı, turizm, regional məsələləri daxil etdiyini izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444736577_25:0:2756:2048_1920x0_80_0_0_9fedd75be38ddf75b6665d2acf7a84cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, görüş, soçi
rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, görüş, soçi
Putin və Ərdoğan arasında danışıqlar başa çatıb
19:33 05.08.2022 (Yenilənib: 20:49 05.08.2022) Rusiya Prezidenti “Türk axını”nı Avropanı Rusiya Federasiyasından qazla təmin edən ən mühüm arteriyalardan biri adlandırıb.
BAKI, 5 avqust - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə danışıqlar başa çatıb. Rusiya KİV-lərinin məlumatına görə, iki liderin “Rus” sanatoriyasının ərazisində keçirilən görüşü 4 saatdan artıq davam edib.
Jurnalistlərə görüşün başlanğıcı göstərilib, daha sonra ünsiyyət mediaya qapalı rejimdə davam edib.
Söhbətin əvvəlində Putin türkiyəli həmkarına Ukraynadan taxıl tədarükü və Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına fasiləsiz çatdırılması məsələsinin həllində şəxsən iştirakına görə təşəkkür edib.
Rusiya Prezidenti onu da qeyd edib ki, “Türk axını” normal və nasazlıqla işləyir və bu gün Avropanı Rusiya Federasiyasından qazla təmin edən ən mühüm arteriyalardan biridir.
Bundan əlavə, Putin iki ölkə arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandumun imzalanacağına ümid etdiyini bildirib.
O, həmçinin əlavə edib ki, görüşdə Suriya mövzusu da yan keçməyəcək. Ərdoğan da öz növbəsində bildirib ki, liderlər əməkdaşlıq məsələlərində yeni səhifə açmalıdırlar.
O, bura enerji əməkdaşlığı, Qara dənizdə taxıl ixracı, turizm, regional məsələləri daxil etdiyini izah edib.