https://sputnik.az/20220805/peskov-mehbuslarin-mubadilesi-meselesini-serh-etdi-444719707.html
Peskov məhbusların mübadiləsi məsələsini şərh etdi
Peskov məhbusların mübadiləsi məsələsini şərh etdi
Sputnik Azərbaycan
Rusiya dövlət başçısının mətbuat katibinin sözlərinə görə, bu barədə razılıq Cenevrədəki danışıqlarda əldə olunub. 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T14:28+0400
2022-08-05T14:28+0400
2022-08-05T14:28+0400
peskov
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
rusiya prezidenti vladimir putin
co bayden
moskva
vaşinqton
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823525_0:0:3081:1734_1920x0_80_0_0_cfcc4fe985bd650607ba9688b6492d2b.jpg
BAKI, 5 avqust — Sputnik. Rusiya və ABŞ-ın digər məsələlərlə yanaşı, məhbusların mübadiləsini də müzakirə edə biləcəyi kanal iki ölkənin prezidentləri - Vladimir Putin və Co Bayden tərəfindən razılaşdırılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib. Rusiya dövlət başçısının mətbuat katibinin sözlərinə görə, bu barədə razılıq Cenevrədəki danışıqlarda əldə olunub.Peskovun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında mümkün məhbus mübadiləsi ilə bağlı digər təfərrüatlar hələlik verilməyib.Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın ABŞ-la xüsusi kanal vasitəsilə məhbusların mübadiləsi mövzusunu müzakirə etməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, ABŞ-ın yenidən xalq diplomatiyasına və səs-küylü bəyanatlara əl atmaq qərarı onların işi, problemidir. Nazir hesab edir ki, amerikalılar bir çox mövzularda sakit və peşəkar işləməyə tab gətirə bilmirlər.ABŞ dövlət katibi Entoni Blinkenin Kambocada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla məhbus mübadiləsini vaxtaşırı müzakirə edəcəyini istisna etmir. Bu barədə cümə axşamı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri hazırda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında keçirilən tədbirlərdə iştirak etdikləri Pnompendədirlər. "O (Blinken) əvvəldən bu işdə çox fəal iştirak edir və şübhəsiz ki, Lavrovla danışmaq imkanı olsa, bunu edəcək", - NBC-nin müxbiri Andrea Mitçel öz Twitter səhifəsində Kirbinin sözlərindən sitat gətirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823525_202:0:2933:2048_1920x0_80_0_0_bdd8c9ccb91e30ae75364b1738c8be70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, rusiya prezidenti vladimir putin, co bayden, moskva, vaşinqton
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, rusiya prezidenti vladimir putin, co bayden, moskva, vaşinqton
Peskov məhbusların mübadiləsi məsələsini şərh etdi
Rusiya dövlət başçısının mətbuat katibinin sözlərinə görə, bu barədə razılıq Cenevrədəki danışıqlarda əldə olunub.
BAKI, 5 avqust — Sputnik. Rusiya və ABŞ-ın digər məsələlərlə yanaşı, məhbusların mübadiləsini də müzakirə edə biləcəyi kanal iki ölkənin prezidentləri - Vladimir Putin və Co Bayden tərəfindən razılaşdırılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Rusiya dövlət başçısının mətbuat katibinin sözlərinə görə, bu barədə razılıq Cenevrədəki danışıqlarda əldə olunub.
Peskovun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında mümkün məhbus mübadiləsi ilə bağlı digər təfərrüatlar hələlik verilməyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın ABŞ-la xüsusi kanal vasitəsilə məhbusların mübadiləsi mövzusunu müzakirə etməyə hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, ABŞ-ın yenidən xalq diplomatiyasına və səs-küylü bəyanatlara əl atmaq qərarı onların işi, problemidir. Nazir hesab edir ki, amerikalılar bir çox mövzularda sakit və peşəkar işləməyə tab gətirə bilmirlər.
ABŞ dövlət katibi Entoni Blinkenin Kambocada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla məhbus mübadiləsini vaxtaşırı müzakirə edəcəyini istisna etmir. Bu barədə cümə axşamı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri hazırda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında keçirilən tədbirlərdə iştirak etdikləri Pnompendədirlər. "O (Blinken) əvvəldən bu işdə çox fəal iştirak edir və şübhəsiz ki, Lavrovla danışmaq imkanı olsa, bunu edəcək", - NBC-nin müxbiri Andrea Mitçel öz Twitter səhifəsində Kirbinin sözlərindən sitat gətirir.