Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Fransanı Rusiya əleyhinə hərəkətlərə görə dost olmayan dövlət adlandırıb

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 05.08.2022
Abunə olmaq
Kremlin sözçüsü Putin və Makron arasında mümkün söhbətdən danışıb/
BAKI, 5 avqust — Sputnik. Fransa müxtəlif anti-Rusiya hərəkətlərinə görə dost olmayan dövlətdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paris və Moskva arasındakı münasibətləri şərh edərkən söyləyib.
"Fransa ölkəmizə qarşı etdiyi hərəkətlərə görə dost olmayan dövlətdir", - deyə Kremlin sözçüsü bildirib.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Rusiya prezidenti Vladimir Putinlə Fransa lideri Emmanuel Makron arasında əlaqənin baş tutacağı təqdirdə məlumat verəcəyini vəd etmişdi.
"Onlar bir-birlərinə zəng etmirlər, çünki indiyə qədər bu anın gəlmədiyini və hazırda da bunun, sadəcə, lazım olmadığını hesab edirlər. Belə bir zərurət yaranarsa, onlar istənilən an zəngləşə biləcəklər", – deyə Peskov avqustun 5-də cümə günü keçirdiyi brifinqdə bildirib.
Xatırladaq ki, Makron, bundan əvvəl Rusiyanın Afrikada diplomatik və hərbi əlaqələrinin genişlənməsindən narahat olduğunu bildirib. Fransa lideri afrikalıları Moskva ilə yaxınlaşdıqlarına görə ikiüzlü adlandırıb.
Xəbər lenti
0