Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtın bəzi küçələrində təmir işlərinə başlanılıb

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidyolun təmiri
yolun təmiri - Sputnik Azərbaycan, 1920, 05.08.2022
Abunə olmaq
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi Binəqədi rayonunun müxtəlif küçələrində davam etdiriləcək.
BAKI, 5 avqust — Sputnik. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonunun Binəqədi qəsəbəsi üzrə 5,5 kilometr küçə və yolun təmiri nəzərdə tutulub. Hazırda bu istiqamətdə təmir işlərinin qəsəbənin ümumi uzunluğu 2,4 kilometr olan Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələrində aparılır.
Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, təmirinə başlanılan küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Hazırda Əliheydər Qarayev küçəsində yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bundan öncə aparılan təmir işləri çərçivəsində zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələrində də davam etdiriləcək.
Cari ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır. Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.
Xəbər lenti
0