Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hərbçilərimiz Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək

Abunə olmaq
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya və Özbəkistandır.
BAKI, 5 avqust — Sputnik. Hərbi qulluqçularımız “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasında səfərdədir. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.
Bundan başqa hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.
© AR Ministry of DefenceQazaxıstanın hərbi gəmiləri ölkəmizə gəlib
Qazaxıstanın hərbi gəmiləri ölkəmizə gəlib - Sputnik Azərbaycan, 1920, 05.08.2022
Qazaxıstanın hərbi gəmiləri ölkəmizə gəlib
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti avqustun 5-də ölkəmizə gəliblər.
Xatırladaq ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan). İlk dəfə olaraq Cənubi Amerika materikində oyun yarışlarından biri keçiriləcək.
"Snayper zona" yarışı Venesuelaya həvalə olunub. Hazırda 37 ölkədən 275 komanda Ordu Oyunlarında iştirakını təsdiqləyib. Oyunlarda ilk dəfə Niger və Ruanda komandaları iştirak edəcək.
Xəbər lenti
0