QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşada bəzi hallarda nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulacaq

© Sputnik / Gulzar MustafaevaŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi təsdiq edilib
BAKI, 4 avqust — Sputnik. Şuşa şəhərində hansı hallarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağı məlum olub.
Bu, Nazirlər Kabinetinin "Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi"nin təsdiq edilməsi haqqında" qərarında əksini tapıb.
Qərara əsasən, mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya qadağa qoyula bilər.
Mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilməyəcək.
Qeyd edək ki, "Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi" təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Qoruğun mühafizə zonasının sərhədləri Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Qoruğun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyət kəsb edən ərazilərdə tarix və mədəniyyət abidələrinin mühafizəsini, bədii-estetik görkəmini, onların təhlükəsizliyini və uzunömürlülüyünü təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Mühafizə zonasının hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə mühafizə rejiminin tətbiq edildiyi sahə hesab ediləcək.
Qərarla mühafizə zonasının mühafizə rejiminin xüsusiyyətləri müəyyən edilib.
Mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır.
Mühafizə zonasının təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilmir.
Xəbər lenti
0