https://sputnik.az/20220804/rusiya-xarici-sler-nazirliyi-qarabagda-veziyyetin-gerginlesmesine-reaksiya-verib-444699824.html
Rusiya Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsinə reaksiya verib
Rusiya Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsinə reaksiya verib
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır. 04.08.2022, Sputnik Azərbaycan
2022-08-04T18:22+0400
2022-08-04T18:22+0400
2022-08-04T18:39+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40825/47/408254765_0:0:3165:1780_1920x0_80_0_0_367677d927e85b36427311ae61ae9ff5.jpg
BAKI, 4 avqust — Sputnik. Moskva Laçın dəhlizində və Azərbaycan ərazisindəki təmas xəttinin digər hissələrində gərginliyin artmasından son dərəcə narahatlığını bildirir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında deyilir."Rusiya sülhməramlıları bölgədə vəziyyətin sabitləşməsi üçün bütün lazımi səyləri göstərirlər. Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ölkələrin ali rəhbərliyi ilə fəal iş aparılır. Rusiya Xarici İşlər naziri azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır", - deyə idarədən bildirilib.Rusiya Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırıb.Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Ermənistan XİN-in rəsmi Bakının üçtərəfli bəyanatı pozması ilə bağlı ittihamlarını qətiyyətlə rədd edib."Biz Ermənistanın üç ölkə liderinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını yerinə yetirmədiyini, xüsusən də Ermənistan silahlı birləşmələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığını dəfələrlə bildirmişik. Üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.Nazirlik vurğulayıb ki, Bakı öz öhdəliklərini tam yerinə yetirir və Ermənistan tərəfdən bu öhdəlikləri yerinə yetirməyi qətiyyətlə tələb edir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40825/47/408254765_0:0:2731:2048_1920x0_80_0_0_8e63f81c859e79927f7b0cb70aa4122f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, azərbaycan
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, azərbaycan
Rusiya Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsinə reaksiya verib
18:22 04.08.2022 (Yenilənib: 18:39 04.08.2022) Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır.
BAKI, 4 avqust — Sputnik. Moskva Laçın dəhlizində və Azərbaycan ərazisindəki təmas xəttinin digər hissələrində gərginliyin artmasından son dərəcə narahatlığını bildirir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında deyilir.
"Rusiya sülhməramlıları bölgədə vəziyyətin sabitləşməsi üçün bütün lazımi səyləri göstərirlər. Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ölkələrin ali rəhbərliyi ilə fəal iş aparılır. Rusiya Xarici İşlər naziri azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır", - deyə idarədən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırıb.
"Biz mövqeyimiz bundan ibarətdir ki, mövcud ziddiyyətlərin həlli yalnız siyasi-diplomatik vasitələrlə, tərəflərin mövqeləri nəzərə alınmaqla və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi riayət edilməklə həyata keçirilməlidir. Əminik ki, tərəflərin səyləri mövcud üçtərəfli danışıqlar formatları çərçivəsində Bakı və Yerevan arasında münasibətlərdə müsbət gündəliyin formalaşdırılmasına yönəldilməlidir", - deyə nazirlikdən bildirilib.
Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Ermənistan XİN-in rəsmi Bakının üçtərəfli bəyanatı pozması ilə bağlı ittihamlarını qətiyyətlə rədd edib.
"Biz Ermənistanın üç ölkə liderinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını yerinə yetirmədiyini, xüsusən də Ermənistan silahlı birləşmələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığını dəfələrlə bildirmişik. Üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik vurğulayıb ki, Bakı öz öhdəliklərini tam yerinə yetirir və Ermənistan tərəfdən bu öhdəlikləri yerinə yetirməyi qətiyyətlə tələb edir.