Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: "Ukrayna ordusunun briqadaları mövqelərini tərk edib"

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, döyüş qabiliyyətini itirən Ukrayna Silahlı Qüvvələrinin briqadaları mövqelərini tərk ediblər.
BAKI, 4 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin üç briqadasının Soledar, Artemovsk və Avdeevka rayonlarındakı bölmələri Rusiya ordusunun, "DXR" və "LXR"in xalq milislərinin aktiv hücum əməliyyatları nəticəsində öz mövqelərini ağır itkilərlə tərk ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.
"Rusiya qoşunlarının, "DXR" və "LXR"in xalq milislərinin "Donetsk Xalq Respublikası"nın Soledar, Artemovsk və Avdeevka yaşayış məntəqələri ərazilərində aktiv hücum əməliyyatları nəticəsində 54-cü mexanikləşdirilmiş, 56-cı və 58-ci motoatıcı briqadaların bölmələri ağır itkilərlə üzləşib. Döyüş qabiliyyətini itirən Ukrayna Silahlı Qüvvələrinin briqadaları mövqelərini tərk ediblər",- deyə nazirliyin nümayəndəsi bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0