https://sputnik.az/20220802/zaxarova-vasinqtonun-dunyada-sabitliyi-pozdugunu-beyan-edib-444620011.html
Zaxarova Vaşinqtonun dünyada sabitliyi pozduğunu bəyan edib
Zaxarova Vaşinqtonun dünyada sabitliyi pozduğunu bəyan edib
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi ABŞ-ı Pelosinin Tayvana mümkün səfəri fonunda dünyada sabitliyi pozmaqda ittiham edib. 02.08.2022, Sputnik Azərbaycan
2022-08-02T18:48+0400
2022-08-02T18:48+0400
2022-08-02T18:48+0400
mariya zaxarova
rusiya
abş
konqres
https://cdnn1.img.sputnik.az/img/07e5/03/12/426502528_0:0:3171:1785_1920x0_80_0_0_8d0ba1b3785d804f5dfae2e408a068df.jpg
BAKI, 2 avqust — Sputnik. ABŞ dünyada vəziyyəti sabitsizləşdirir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin adaya mümkün səfəri fonunda Çinin Tayvandan bir sıra ərzaq məhsullarının idxalını dayandırması ilə bağlı xəbəri belə şərh edib."Vaşinqton dünyada sabitliyi pozur. Son onilliklərdə həllini tapmayan, lakin xeyli dərəcədə qızışdırılmış münaqişələr peyda olub", - deyə o, Telegram-kanalında yazıb.Bloomberg daha əvvəl xəbər verib ki, Çin Pelosinin ehtimal edilən səfəri ərəfəsində adada iqtisadi təzyiqi artırmaq üçün 100-dən çox Tayvan qida markasının satışını qadağan edib. Söhbət, xüsusən də dəniz məhsulları, çay və baldan gedir.Eyni zamanda, Taybeedəki Taoyuan hava limanına ABŞ nümayəndəsinin başqa hava limanına uçmalı olsa da, Tayvana səfərini pozmaq üçün yerləşdirilmiş üç partlayıcı qurğu ilə bağlı təhdid mesajı göndərildiyi bildirilib.Pelosinin yerli vaxtla saat 22:30-da (Moskva vaxtı ilə 17:30) Taybeedəki Suşan hava limanına çatacağı gözlənilir. Çərşənbə günü, avqustun 3-də isə o, qanunverici yuana (Tayvan parlamenti) baş çəkəcək və adanın rəhbərliyi ilə, o cümlədən özünün dövlət müstəqilliyini elan etmiş dövlətin prezidenti Tsay İnvenlə görüşəcək. Bundan sonra o, günorta saatlarında Tayvanı tərk edəcək.Çinin BMT-dəki nümayəndəsi Çjan Tszyun Vaşinqtona Pelosinin adaya səfərinin nəticələri barədə xəbərdarlıq edib. O qeyd edib ki, bu, Çin və ABŞ arasında münasibətlərə xələl gətirəcək. Onun sözlərinə görə, Tayvan Çinin ayrılmaz hissəsidir, ada məsələsi Çin tərəfinin heç kimə keçməsinə icazə verməyəcəyi "qırmızı xətt"dir.Tayvanda ABŞ nümayəndələr palatasının spikerinin adaya səfərinə qarşı mitinqlər keçirilir. Etirazçılar əllərində Çin birliyini dəstəkləyən şüarlar yazılmış plakatlar tuturlar.ÇXR hökuməti ilə onun ada əyaləti arasında rəsmi münasibətlər 1949-cu ildə Çinin Kommunist Partiyası ilə vətəndaş müharibəsində uduzan Çan Kayişinin rəhbərlik etdiyi "Qomindana" Qüvvələrinin Tayvana köçdüyü zaman kəsilib. Ada və materik Çin arasında əlaqələr 1980-ci illərin sonlarında bərpa olunub. ABŞ Tayvan hakimiyyətini açıq şəkildə dəstəkləyir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/12/426502528_63:0:2794:2048_1920x0_80_0_0_1bd0d9c9371e5b88734eadbf25e7be49.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, abş, konqres
mariya zaxarova, abş, konqres
Zaxarova Vaşinqtonun dünyada sabitliyi pozduğunu bəyan edib
Rusiya XİN rəsmisi ABŞ-ı Pelosinin Tayvana mümkün səfəri fonunda dünyada sabitliyi pozmaqda ittiham edib.
BAKI, 2 avqust — Sputnik. ABŞ dünyada vəziyyəti sabitsizləşdirir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin adaya mümkün səfəri fonunda Çinin Tayvandan bir sıra ərzaq məhsullarının idxalını dayandırması ilə bağlı xəbəri belə şərh edib.
"Vaşinqton dünyada sabitliyi pozur. Son onilliklərdə həllini tapmayan, lakin xeyli dərəcədə qızışdırılmış münaqişələr peyda olub", - deyə o, Telegram-kanalında yazıb.
Bloomberg daha əvvəl xəbər verib ki, Çin Pelosinin ehtimal edilən səfəri ərəfəsində adada iqtisadi təzyiqi artırmaq üçün 100-dən çox Tayvan qida markasının satışını qadağan edib. Söhbət, xüsusən də dəniz məhsulları, çay və baldan gedir.
Eyni zamanda, Taybeedəki Taoyuan hava limanına ABŞ nümayəndəsinin başqa hava limanına uçmalı olsa da, Tayvana səfərini pozmaq üçün yerləşdirilmiş üç partlayıcı qurğu ilə bağlı təhdid mesajı göndərildiyi bildirilib.
Pelosinin yerli vaxtla saat 22:30-da (Moskva vaxtı ilə 17:30) Taybeedəki Suşan hava limanına çatacağı gözlənilir. Çərşənbə günü, avqustun 3-də isə o, qanunverici yuana (Tayvan parlamenti) baş çəkəcək və adanın rəhbərliyi ilə, o cümlədən özünün dövlət müstəqilliyini elan etmiş dövlətin prezidenti Tsay İnvenlə görüşəcək. Bundan sonra o, günorta saatlarında Tayvanı tərk edəcək.
Çinin BMT-dəki nümayəndəsi Çjan Tszyun Vaşinqtona Pelosinin adaya səfərinin nəticələri barədə xəbərdarlıq edib. O qeyd edib ki, bu, Çin və ABŞ arasında münasibətlərə xələl gətirəcək. Onun sözlərinə görə, Tayvan Çinin ayrılmaz hissəsidir, ada məsələsi Çin tərəfinin heç kimə keçməsinə icazə verməyəcəyi "qırmızı xətt"dir.
Tayvanda ABŞ nümayəndələr palatasının spikerinin adaya səfərinə qarşı mitinqlər keçirilir. Etirazçılar əllərində Çin birliyini dəstəkləyən şüarlar yazılmış plakatlar tuturlar.
ÇXR hökuməti ilə onun ada əyaləti arasında rəsmi münasibətlər 1949-cu ildə Çinin Kommunist Partiyası ilə vətəndaş müharibəsində uduzan Çan Kayişinin rəhbərlik etdiyi "Qomindana" Qüvvələrinin Tayvana köçdüyü zaman kəsilib. Ada və materik Çin arasında əlaqələr 1980-ci illərin sonlarında bərpa olunub. ABŞ Tayvan hakimiyyətini açıq şəkildə dəstəkləyir.