Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Pisdən dəhşətliyə doğru": Avropada qaz böhranı daha da dərinləşəcək

© AFP 2024 / IDA MARIE ODGAARDqaz
qaz  - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
"Bank of America"nın proqnozuna görə, Avropada qaz böhranı dəhşətli ssenari üzrə davam edəcək.
BAKI, 2 avqust — Sputnik. Avropada enerji böhranı güclənməkdə davam edir. Bunu "Business Insider" portalı "Bank of America"nın araşdırmasına istinadən yazır.
"Son bir ayda Aİ-də qazla bağlı vəziyyət sürətlə "pis"dən "dəhşətli"yə çevrilir", - deyə nəşr yazır.
O da bildirilir ki, Avropa ölkələrində qış üçün mavi yanacaq ehtiyatları kifayət etməyəcək.
Bu yaxınlarda Aİ xarici işlər nazirlərinin görüşünə gələn Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib ki, Vyana anti-Rusiya sanksiyalarının nəticələrini hiss edir, çünki Moskva ölkənin mühüm ticarət tərəfdaşıdır. Bu, o cümlədən təbii ehtiyatların tədarükündə də belədir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin qeyri-dost ölkələrlə rublla qaz ticarəti haqqında fərman imzaladığı bildirilib. Rusiya lideri qeyd edib ki, bu dövlətlər Rusiya banklarında rublla hesablar açmalıdırlar.
Xəbər lenti
0