Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Məmurlar özlərindən başqa heç kəsi düşünmədikcə, problemlər həllini tapmayacaq - Nura Suri

© Photo : Telman GeybatovNura Suri
Nura Suri - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Digər həmkarlarından fərqli olaraq, ölkədə və dünyada baş verən hadisələrə münasibət bildirən Nura Suri bu dəfə də yaşadığı binanın problemlərindən bəhs edib.
BAKI, 2 avqust — Sputnik. Tanınmış müğənni Nura Suri yaşadığı binadakı problemlərdən gileylənib. Müğənni özünün sosial medai hesabında bildirib ki, hər il yay aylarında günlərlə susuz, işıqsız və qazsız qalırlar:

"Adam yazmaq istəmir hər problemi, sanki yalnız problemlərdən yazıram kimi qələmə verirlər məni. Nə qədər iş görsəm də, yaxşıları unutmasam da, xeyri yoxdur. Bir problemdən yazan kimi, başlayırlar Nura aqressivdir, yox müxalifətçidir, min cür söz danışırlar. Amma yazmasam, sussam olmur. Mənim yaşadığım binanın problemləri bitmir. Hər il yay aylarında günlərlə susuz, işıqsız, il boyu qazsız qalırıq".

Müğənni qeyd edib ki, binanın yiyəsi vəzifəli şəxslərin qohumudur:
"Heç kəs onlara söz deyə bilmir. Hamı çəkinir. İndiyə kimi bizim məhəllənin problemlərini mən söhbət edə-edə, arada qışqıra-qışqıra həll etmişəm. Bütün qonşular bunu bilir. Neçə gündür suyu kəsiblər. Su idarəsi deyir ki, bizlik deyil, binanın çənində problemlər var onlar həll etməlidir. Deyirəm ki, axı mən su pulunu dövlətə ödəyirəm, necə yəni sizin problem deyil? Deyir komendantla danışın. Sağ olsun bütün qonşular ağızlarına su alıb oturublar, elə bil burada məndən başqa yaşayan yoxdur".
N.Suri əlavə edib ki, yazdığı statuslara görə onu tədbirlərə dəvət etmirlər:

"Nə qədər ki, məmurların bəziləri özlərindən başqa heç kəsi düşünməyəcəklər, millətin probleminə biganə qalacaqlar, bizim problemlər heç vaxt həllini tapmayacaq. Yazdığım statuslara görə bir çox qurum tədbirlərə dəvət etməyə çəkinir. Halbuki sənətə gələndən bütün dövlət tədbirlərində təmənnasız oxumuşam (Azərbaycanın bütün bölgələrində). Eybi yox, qoy mənə ziyan olsun, amma susmaq mümkün deyil".

Xəbər lenti
0