https://sputnik.az/20220801/rusiya-mn-himars-reaktiv-buraxilis-sistemlerinin-qurgulari-mehv-edilib-444582335.html
Rusiya MN: "HIMARS" reaktiv buraxılış sistemlərinin qurğuları məhv edilib
Rusiya MN: "HIMARS" reaktiv buraxılış sistemlərinin qurğuları məhv edilib
Sputnik Azərbaycan
Yüksək dəqiqlikli raketlər Xarkovda Ukraynanın Enerji Maşınları zavodunun ərazisində ABŞ-ın "HIMARS" reaktiv buraxılış sistemlərinin iki buraxılış qurğusunu... 01.08.2022, Sputnik Azərbaycan
2022-08-01T16:00+0400
2022-08-01T16:00+0400
2022-08-01T16:00+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
himars
reaktiv yaylım atəşi sistemi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440491922_0:0:2824:1589_1920x0_80_0_0_c78c593085558d1ed0f30126f12a579a.jpg
BAKI, 1 avqust — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetsk vilayətində, eləcə də Zaporojye və Xarkov vilayətlərində Ukraynaya məxsus on PUA-nı vurub. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.Yüksək dəqiqlikli raketlər Xarkovda "Ukrayna Enerji Maşınları" zavodunun ərazisində ABŞ-ın "HIMARS" reaktiv yaylım atəşi sistemlərinin (RYAS) iki buraxılış qurğusunu məhv edib.Rusiya Aerokosmik Qüvvələri 92-ci mexanikləşdirilmiş briqadanın müvəqqəti yerləşdirmə məntəqəsinə hücum edib, nəticədə 200-ə qədər şxəs və 7 zirehli texnika məhv edilib.Rusiya hərbçiləri xüsusi əməliyyat zamanı Odessa vilayətində ABŞ-ın gəmi əleyhinə "Harpoon" kompleksinin buraxılış qurğusunu məhv ediblər.Gün ərzində Donetsk vilayətində iki silah-sursat anbarı, Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikası üçün yanacaq və sürtkü materialları ilə təminat mərkəzi, eləcə də 239 rayonda düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edilib.Qeyd edilib ki, Ukrayna qoşunlarının iki briqadasında, Xarkov və Zaporojye istiqamətlərində ağır itkilərə görə, Ukraynanın mərkəzi və qərb vilayətlərində döyüş mövqelərinin kütləvi şəkildə tərk edilməsi və şəxsi heyətin fərarilik halları müşahidə olunur.Əks-batareya döyüşü çərçivəsində gün ərzində Ukrayna Silahlı Qüvvələrinin artilleriya batareyası məhv edilib, Donetsk vilayətində "Qrad" MLRS-nin səkkiz taqımı və düşmənin altı artilleriya və minaatan tağımının qarşısı alınıb.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 261 təyyarə, 145 helikopter, 1659 pilotsuz uçuş aparatı, 361 zenit-raket kompleksi, 4215 tank və digər zirehli döyüş texnika vasitələri, 778 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3234 səhra artilleriya silahı və minaatan, o cümlədən 4621 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440491922_381:0:2824:1832_1920x0_80_0_0_1175f850de3dc4d0378337fa62b80486.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, himars, reaktiv yaylım atəşi sistemi
ukrayna, himars, reaktiv yaylım atəşi sistemi
Rusiya MN: "HIMARS" reaktiv buraxılış sistemlərinin qurğuları məhv edilib
Yüksək dəqiqlikli raketlər Xarkovda Ukraynanın Enerji Maşınları zavodunun ərazisində ABŞ-ın "HIMARS" reaktiv buraxılış sistemlərinin iki buraxılış qurğusunu məhv edib.
BAKI, 1 avqust — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetsk vilayətində, eləcə də Zaporojye və Xarkov vilayətlərində Ukraynaya məxsus on PUA-nı vurub. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
Yüksək dəqiqlikli raketlər Xarkovda "Ukrayna Enerji Maşınları" zavodunun ərazisində ABŞ-ın "HIMARS" reaktiv yaylım atəşi sistemlərinin (RYAS) iki buraxılış qurğusunu məhv edib.
Rusiya Aerokosmik Qüvvələri 92-ci mexanikləşdirilmiş briqadanın müvəqqəti yerləşdirmə məntəqəsinə hücum edib, nəticədə 200-ə qədər şxəs və 7 zirehli texnika məhv edilib.
Rusiya hərbçiləri xüsusi əməliyyat zamanı Odessa vilayətində ABŞ-ın gəmi əleyhinə "Harpoon" kompleksinin buraxılış qurğusunu məhv ediblər.
Gün ərzində Donetsk vilayətində iki silah-sursat anbarı, Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikası üçün yanacaq və sürtkü materialları ilə təminat mərkəzi, eləcə də 239 rayonda düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Qeyd edilib ki, Ukrayna qoşunlarının iki briqadasında, Xarkov və Zaporojye istiqamətlərində ağır itkilərə görə, Ukraynanın mərkəzi və qərb vilayətlərində döyüş mövqelərinin kütləvi şəkildə tərk edilməsi və şəxsi heyətin fərarilik halları müşahidə olunur.
Əks-batareya döyüşü çərçivəsində gün ərzində Ukrayna Silahlı Qüvvələrinin artilleriya batareyası məhv edilib, Donetsk vilayətində "Qrad" MLRS-nin səkkiz taqımı və düşmənin altı artilleriya və minaatan tağımının qarşısı alınıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 261 təyyarə, 145 helikopter, 1659 pilotsuz uçuş aparatı, 361 zenit-raket kompleksi, 4215 tank və digər zirehli döyüş texnika vasitələri, 778 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3234 səhra artilleriya silahı və minaatan, o cümlədən 4621 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.