Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Akar Şoyquya təşəkkür edib

© Defence Ministry via AP, PoolHülusi Akar və Sergey Şoyqu
Hülusi Akar və Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 01.08.2022
Abunə olmaq
Türkiyəli nazir rusiyalı həmkarına taxıl daşıyan ilk gəminin Odessa limanından çıxmasına və "taxıl müqaviləsi"nin bağlanmasında göstərdiyi köməyə görə təşəkkür edib.
BAKI, 1 avqust — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyquya taxıl daşıyan ilk gəminin Odessa limanından çıxmasına və "taxıl müqaviləsi"nin bağlanmasında göstərdiyi köməyə görə təşəkkür edib.
Qeyd edək ki, taxıl daşıyan ilk gəmi bazar ertəsi səhər Ukraynanın Odessa limanından yola düşüb.
"Mən cənab Şoyquya, cənab Reznikova (Ukraynanın müdafiə naziri - qeyd) prosesdə göstərdiyi köməyə və Türkiyəyə etimada görə təşəkkürümü bildirirəm", - deyə Akar Anadolu xəbər agentliyində jurnalistlərə bildirib.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 22-də İstanbulda əldə olunan taxılla bağlı razılaşma çərçivəsində ölkəsinin Ukraynada xüsusi hərbi əməliyyatı dayandırmaq öhdəliyini üzərinə götürmədiyini bildirib.
"Əgər biz Odessada baş vermiş qeyd etdiyiniz epizoddan danışsaq, o zaman Rusiyanın üzərinə götürdüyü öhdəliklərdə, o cümlədən iyulun 22-də İstanbulda imzalanmış sazişlər çərçivəsində bizə xüsusi hərbi əməliyyatı davam etdirməyi qadağan edən heç bir şey yoxdur" - deyə, o, Konqoya səfəri zamanı jurnalistlərə bildirib.
Xəbər lenti
0