https://sputnik.az/20220729/vasinqton-abs-iqtisadiyyatinda-tenezzulu-inkar-edir---zaxarova--444481636.html
Vaşinqton ABŞ iqtisadiyyatında tənəzzülü inkar edir - Zaxarova
Vaşinqton ABŞ iqtisadiyyatında tənəzzülü inkar edir - Zaxarova
Sputnik Azərbaycan
XİN rəsmisi bildirib ki, Birləşmiş Ştatlar inadla "resessiya"nın nə olduğu barədə suallara cavab verməkdən imtina edirlər. 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T10:44+0400
2022-07-29T10:44+0400
2022-07-29T10:44+0400
rusiya
ukrayna
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_0:0:3368:1895_1920x0_80_0_0_332e0eae8714a0a7bae99582308bbba4.jpg
BAKI, 29 iyul — Sputnik. ABŞ hakimiyyəti ölkənin tənəzzüldə olduğunu inkar etməyə davam edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "Telegram" kanalında qeyd edib."Ağ Ev ABŞ iqtisadiyyatında tənəzzülü inkar edir. Onlar inadla öz mövqelərində dayanırlar, öz jurnalistləri ilə mübahisə edirlər, başlarını bulayırlar, əsəbiləşirlər, "resessiya"nın nə olduğu barədə suallara cavab verməkdən imtina edirlər", - deyə Zaxarova bildirib.Rusiyalı diplomat eyni zamanda ABŞ-da da iqtisadi böhran zamanı "təlaş" anlayışından imtina edilməsinə diqqət çəkib."Söz yox, problem yoxdur. Görünür, bu dəfə "resessiya" sözünü ləğv etməyə qərar veriblər", - deyə Zaxarova əlavə edib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442993571_637:0:3368:2048_1920x0_80_0_0_a3141778d732e024bbfc9a542ce695d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, abş
Vaşinqton ABŞ iqtisadiyyatında tənəzzülü inkar edir - Zaxarova
XİN rəsmisi bildirib ki, Birləşmiş Ştatlar inadla "resessiya"nın nə olduğu barədə suallara cavab verməkdən imtina edirlər.
BAKI, 29 iyul — Sputnik. ABŞ hakimiyyəti ölkənin tənəzzüldə olduğunu inkar etməyə davam edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "Telegram" kanalında qeyd edib.
"Ağ Ev ABŞ iqtisadiyyatında tənəzzülü inkar edir. Onlar inadla öz mövqelərində dayanırlar, öz jurnalistləri ilə mübahisə edirlər, başlarını bulayırlar, əsəbiləşirlər, "resessiya"nın nə olduğu barədə suallara cavab verməkdən imtina edirlər", - deyə Zaxarova bildirib.
Rusiyalı diplomat eyni zamanda ABŞ-da da iqtisadi böhran zamanı "təlaş" anlayışından imtina edilməsinə diqqət çəkib.
"Söz yox, problem yoxdur. Görünür, bu dəfə "resessiya" sözünü ləğv etməyə qərar veriblər", - deyə Zaxarova əlavə edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.