QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Senatın yardımı kimə çatacaq? - Ermənistan mediası sənədi öz mənafeyinə uyğun təqdim edib

© AP Photo / Jose Luis MaganaSenat
Senat - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Millət vəkili bildirir ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı Azərbaycan tərəfindən dəfələrlə çağırışlar olub, lakin bu müraciətlərə ögey münasibət bəslənib.
BAKI, 29 iyul — Sputnik. Ermənistan mediası ABŞ Senatının Təxsisatlar Komitəsində qəbul olunmuş sənədi öz mənafeyinə uyğun şəkildə təqdim edib. Belə ki, Senatın Komitəsi ərazilərin minalardan təmizlənməsi məqsədilə "Dağlıq Qarabağ"a 2 milyon dollar yardım ayrılması haqqında qanun layihəsini təsdiqləyib.
Qeyd edək ki, erməni tərəfi dəfələrlə müxtəlif səviyyələrdə və fərqli mənbələrdən olan məlumatların öz mənafeyinə uyğun şəkildə tirajlanması və onlara müxtəlif don geydirilməsinə cəhdlər edib. Ermənistan mətbuatında yer alan bu xəbərlər də ictimaiyyətin diqqətini sapdırmaq və sülh prosesinə mane olmaq məqsədi daşıyır.
Senatın Təxsisatlar Komitəsi tərəfindən 2023-cü il üçün həqiqətən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Lakin Komitənin ayırdığı bu yardımlarda məqsəd keçmiş Dağlıq Qarabağ münaqişəsindən zərərçəkmiş insanlara yardımların edilməsini, eyni zamanda həmin bölgədə minalardan təmizləmə əməliyyatlarının aparılmasını nəzərdə tutur:

"Komitə Dağlıq Qarabağ münaqişəsində döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar fəaliyyətlərin icrası, minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətləri üçün əvvəlcədən məsləhətləşmələr aparmaq şərti ilə 2.000.000 ABŞ dollarına qədər vəsait ayrılmasını tövsiyə edir".

Bununla yanaşı layihədə həmçinin Azərbaycan və Ermənistan arasında vəziyyətdən narahatlıq ifadə olunur:

"Komitə Ermənistan və Azərbaycan arasında uzanan münaqişə ilə bağlı narahatlığını bildirir".

Daha sonra sənəddə Dövlət Katibinə Azadlığa Dəstək Aktına 907-ci düzəlişin IV başlığı altında Ermənistan və Azərbaycan üçün nəzərdə tutulan yardımın icrasından əvvəl Təxsisatlar üzrə Komitə ilə məsləhətləşməyi tapşırılıb.
Amma bu yardımı maraqlı edən məqam Senat Komitəsinin ayıracağı vəsaitin kimə çatacağı və ya qeyd olunan məqsədlər üçün məhz kimə ayrılacağıdır.
ABŞ-ın ayırdığı 2 mlyn. dollar kimə çatacaq?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev bildirib ki, ABŞ tərəfinin iki milyon dollar minalardan təmizlənmə üçün o qədər də böyük vəsait deyil:

"Düşünürəm ki, bu təşəbbüslərin sülhün bərqərar olmasında da heç bir rolu yoxdur. Əksinə, bu cür məsələlər Azərbaycanla razılaşdırılmalıdır. Qarabağ Azərbaycanın tərkib hissəsidir və hər hansı sərmayə qoyuluşu ilk növbədə ölkəmizlə razılaşdırılmalıdır".

© Sputnik / Murad OrujovArzu Nağıyev
Политолог Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Arzu Nağıyev
Deputat ABŞ tərəfinin ikili stnadartlarının təzahürünün dəfələrlə müşahidə olunuduğuna da diqqət çəkib:
"Senatda olan ermənipərəst qüvvələr gərginliyin artırılmasında maraqlıdırlar. Baxmayaraq ki, azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı, hətta bu işə müxtəlif şirkətlərin də cəlb olunması ilə bağlı Azərbaycan tərəfindən dəfələrlə çağırışlar olub, lakin bu müraciətlərə ögey münasibət bəslənib".
Xəbər lenti
0