Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

© Photo : BNA-nin mətbuat xidmətiSabunçu-Zabrat yolu, arxiv şəkli
Sabunçu-Zabrat yolu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə təmir işlərinin aparılması nəzərdə tutulub.
BAKI, 29 iyul — Sputnik. İyulun 30-u saat 08:00-dan iyulun 31-i saat 20:00–a qədər Bakının Sabunçu rayonunun eyni adlı qəsəbəsinin Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, buna səbəb aparılacaq təmir işləridir:

"Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur".

"Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurumdan verilən məlumatda bildirilib.
Xəbər lenti
0