https://sputnik.az/20220729/ftx-lipetsk-vilayetinde-ukraynali-diversantlarin-terror-aktinin-qarsisini-alib-444490495.html
FTX Lipetsk vilayətində ukraynalı diversantların terror aktının qarşısını alıb
FTX Lipetsk vilayətində ukraynalı diversantların terror aktının qarşısını alıb
Sputnik Azərbaycan
Təxribat və kəşfiyyat qrupunun "Sağ sektor" təşkilatı tərəfindən yaradıldığı bildirilir. 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T13:06+0400
2022-07-29T13:06+0400
2022-07-29T13:07+0400
ftx
rusiya
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424538364_0:57:1075:662_1920x0_80_0_0_d3d5096cf8887903b5470b8eeff21ef0.jpg
BAKI, 29 iyul — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) cümə günü, iyulun 29-da Lipetsk vilayətində Ukrayna diversiya qrupunun hazırladığı terror aktının qarşısının alındığını elan edib.FTX-nin məlumatına görə, "Ukrayna Təhlükəsizlik Xidmətinin himayəsi altında yaradılmış "Sağ sektor" təşkilatının təxribat-kəşfiyyat qrupunun üzvü olan bir kişi və iki qadın saxlanılıb.Xüsusi xidmət orqanları dəqiqləşdiriblər ki, saxlanılanlar "mülki şəxslərin toplaşdığı yerlərdə böyük gücə malik əldəqayırma partlayıcı qurğunun partladılması yolu ilə terror aktının törədilməsi üçün Rusiya ərazisinə daxil olublar".Qeyd edildiyi kimi, hücum Lipetskdə yerləşən "nəqliyyat infrastrukturu obyektlərindən" birində həyata keçirilməli idi. Bundan əlavə, saxlanılanların axtarışı zamanı evdə hazırlanmış bombanın komponentlərinin, həmçinin, "Sağ sektor"un digər üzvləri ilə yazışmalarının da aşkarlandığı bildirilir.Xatırladaq ki, daha əvvəl FTX Kalininqradda Qələbə Günü ərəfəsində Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi qulluqçularına qarşı terror aktı hazırlayan "Sağ sektor"un tərəfdarını saxlamışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424538364_58:0:1018:720_1920x0_80_0_0_34b0a52264c42bd1c76e6b84dc7cbe71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ftx, rusiya, ukrayna
FTX Lipetsk vilayətində ukraynalı diversantların terror aktının qarşısını alıb
13:06 29.07.2022 (Yenilənib: 13:07 29.07.2022) Təxribat və kəşfiyyat qrupunun "Sağ sektor" təşkilatı tərəfindən yaradıldığı bildirilir.
BAKI, 29 iyul — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) cümə günü, iyulun 29-da Lipetsk vilayətində Ukrayna diversiya qrupunun hazırladığı terror aktının qarşısının alındığını elan edib.
FTX-nin məlumatına görə, "Ukrayna Təhlükəsizlik Xidmətinin himayəsi altında yaradılmış "Sağ sektor" təşkilatının təxribat-kəşfiyyat qrupunun üzvü olan bir kişi və iki qadın saxlanılıb.
Xüsusi xidmət orqanları dəqiqləşdiriblər ki, saxlanılanlar "mülki şəxslərin toplaşdığı yerlərdə böyük gücə malik əldəqayırma partlayıcı qurğunun partladılması yolu ilə terror aktının törədilməsi üçün Rusiya ərazisinə daxil olublar".
Qeyd edildiyi kimi, hücum Lipetskdə yerləşən "nəqliyyat infrastrukturu obyektlərindən" birində həyata keçirilməli idi. Bundan əlavə, saxlanılanların axtarışı zamanı evdə hazırlanmış bombanın komponentlərinin, həmçinin, "Sağ sektor"un digər üzvləri ilə yazışmalarının da aşkarlandığı bildirilir.
Xatırladaq ki, daha əvvəl FTX Kalininqradda Qələbə Günü ərəfəsində Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi qulluqçularına qarşı terror aktı hazırlayan "Sağ sektor"un tərəfdarını saxlamışdı.