Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Monteneqro rusiyalıların daşınmaz əmlakını dondurmağa başladı, ölkəni etirazlar bürüdü

© Sputnik / Руслан КривобокPodqoritsa şəhərinə mənzərə, arxiv şəkli
Podqoritsa şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
Rusiya vətəndaşları və şirkətləri Monteneqro iqtisadiyyatına ötən il 129 milyon dollar investisiya yatırıb.
BAKI, 28 iyul — Sputnik. Monteneqro Rusiya vətəndaşlarına məxsus daşınmaz əmlakı dondurmağa başlayıb.
Müvafiq sənəd dünən respublika hökumətinin saytında dərc olunub.
Monteneqronun daxili işlər naziri Filip Aciç iyunun 10-da bildirmişdi ki, sahibləri Rusiya vətəndaşları olan 44 daşınmaz əmlak dondurulacaq. Bu, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində həyata keçiriləcək.
Ekspertlərin qiymətləndirməsinə əsasən, Rusiya vətəndaşları və şirkətləri Monteneqro iqtisadiyyatına ötən il 129 milyon dollar investisiya yatırıb, o cümlədən 49,46 milyon dollarlıq daşınmaz əmlak alıblar. Rusiyanın bu ölkədəki səfiri Vladislav Maslennikov xatırladıb ki, Rusiya son 15 il ərzində Monteneqro iqtisadiyyatının ən böyük sərmayəçisi olub. Rusiyalı investorlar bu ölkəyə 15 ildə azı 1,5 milyard dollar investisiya yatırıblar.
Xatırladaq ki, martın 1-də Monteneqronun hakimiyyət orqanları Avropa İttifaqının Rusiyaya qarşı bütün sanksiyalarına qoşulduqlarını elan ediblər.
Bununla yanaşı, ölkənin müxtəlif şəhərlərində Rusiyaya dəstək aksiyaları keçirilir. Respublika vətəndaşları sanksiyaların ləğvi tələbi ilə 6 min imza toplayıblar.
Xəbər lenti
0