Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov hesab edir ki, Rusiyadan sonra ABŞ-ın növbəti hədəfi Çin olacaq

© AFP 2024 / BYAMBASUREN BYAMBA-OCHIRSergey Lavrov
Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, qıcıq yaradan istənilən dövlətə qarşı sanksiyalar tətbiq oluna bilər
BAKI, 28 iyul — Sputnik. "Düşmənlər" siyahısında Rusiyadan sonra Çin Qərbin növbəti hədəfi olacaq. Qıcıq yaradan istənilən dövlətə qarşı sanksiyalar tətbiq oluna bilər. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Əddis-Əbəbədəki səfirliyində xarici diplomatlar qarşısında çıxışında bildirib.
"NATO öz düşmənlərini qaydasında təyin edir. Rusiya birincidir. Çin - ikinci", - deyə o, sözünə davam edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, lazım gələrsə, Qərb qıcıq yaradan istənilən ölkəyə qarşı sanksiyalar tətbiq etməkdən çəkinməyəcək.
Bir müddət əvvəl Lavrov Qərbin özünə tabe olmayan istənilən ölkəni cəzalandıracağını bəyan etmişdi. Rusiya XİN rəhbəri hesab edir ki, eyni zamanda, əksər dövlətlər öz müstəqilliklərini müdafiə edəcəklər.
Bundan əvvəl Sergey Lavrovun Efiopiyanın yaşıllaşdırılması kampaniyasında iştirak etdiyi də bildirilmişdi. Rusiya Federasiyası və Efiopiya xarici işlər nazirləri Rusiyanın Əddis-Əbəbədəki səfirliyinin ərazisində iki ağac əkiblər.
Rusiya - Sputnik Azərbaycan, 1920, 27.07.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
BMT-nin himayəsi altında tribunalın yaradılması mümkünsüz görünür - Rusiyalı diplomat
Xəbər lenti
0