Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Blinken yaxın günlərdə Lavrovla danışacağını bildirib

© AFP 2023 / ANDREW HARNIKABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
Dövlət katibi qeyd edib ki, o, rusiyalı həmkarı ilə Rusiyada saxlanılan amerikalılarla bağlı vəziyyəti müzakirə etməyi planlaşdırır.
BAKI, 28 iyul — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə Rusiya mediası məlumat yayıb.
Dövlət katibi qeyd edib ki, o, rusiyalı həmkarı ilə Rusiyada saxlanılan amerikalılarla bağlı vəziyyəti müzakirə etməyi planlaşdırır.
"Yaxın günlərdə Rusiyanın xarici işlər naziri Lavrovla danışmağı gözləyirəm", - Blinken deyib.
O, həmçinin ABŞ-ın Rusiyaya amerikalılar Brittney Qriner və Paul Uilanın azad edilməsi üçün təklif irəli sürdüyünü təsdiqləyib, lakin təfərrüatları açıqlamaqdan imtina edib.
"Ruslara təklifimizlə bağlı hər hansı təfərrüata girə bilmərəm", - deyə Blinken bildirib.
CNN iddia edir ki, Ağ Ev Qriner və Uilan müqabilində rusiyalı iş adamı Viktor Butanı azad etməyi təklif edir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0