Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bazarda qiymətlər od tutub yanır - Video-fotoreportaj

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
8-ci kilometr bazarında tərəvəzlərin qiyməti marketlərlə müqayisədə kifayət qədər fərqlidir.
BAKI, 28 iyul — Sputnik. Mövsümlə əlaqədar bazarlarda meyvə-tərəvəzin bahalaşması ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar paylaşılır. Xüsusən də pomidorun çox bahalaşdığı, qiymətinin bəzi yerlərdə 3 manata yaxınlaşdığı qeyd edilir.
Hazırda bazarda vəziyyət necədir? Bunu öyrənmək üçün paytaxtın ən ucuz bazarı hesab edilən 8-ci kilometr bazarına üz tutduq.
Bazarda mövsümü meyvə, giləmeyvələrin qiyməti heç də aşağı deyil. Belə ki, bazarda çiyələyin qiyməti 1 manatdan, qarpızın qiyməti 0.40 manatdan başlayır.
Qışa tədarük üçün mövsümü giləmeyvələr olan qarağatın qiyməti 4.50 manatdan, moruğun qiyməti 4 manatdan, böyütkənin qiyməti isə 3.50 manatdan başlayır.
© Sputnik / Nigar Iskanderova8-ci kilometr bazarında satış
8-ci kilometr bazarında satış - Sputnik Azərbaycan, 1920, 27.07.2022
8-ci kilometr bazarında satış
Gavalının qiyməti isə növündən asılı olaraq 0.70-1.50 manat arasında dəyişir. Üzümün qiyməti 1 manat, ərikin qiyməti isə 3 manatdan başlayır.
Bananın qiyməti 1.50 manatdan başlayır. Kələm 0.50 qəpikdir. Lakin pomidorun qiyməti ötən illə müqayisədə 0.30 manat olmasa da, marketlərdəki qədər də yüksək deyil. Belə ki, adıçəkilən bazarda pomidorun qiməti 0.80, 1 manat, 1.50 manat arasında dəyişir.
© Sputnik / Nigar Iskanderova8-ci kilometr bazarında satış
8-ci kilometr bazarında satış - Sputnik Azərbaycan, 1920, 27.07.2022
8-ci kilometr bazarında satış
Badımcanın bir kiloqramının qiyməti 1 manat, qarğıdalının isə 3 ədədinin qiyməti 1 manatdır.
Ləbləbilərin də qiymətində artım müşahidə edilir. Satıcılar bunu ölkədəki mövcud bahalaşma ilə izah edirlər. Məsələn qozun qiyməti 4 manat deyil, artıq 6-8 manat arasında dəyişir.
Satıcılar deyir ki, həftənin cümə axşamı və cümə günləri istisna olmaqla digər günlərdə daha çox bahalığı müşahidə etmək mümkündür.
© Sputnik / Nigar Iskanderova8-ci kilometr bazarında satış
8-ci kilometr bazarında satış - Sputnik Azərbaycan, 1920, 27.07.2022
8-ci kilometr bazarında satış
Onlar əvvəlki illərlə müqayisədə əhalinin alıcılıq qabiliyyətinin çox aşağı düşdüyünü qeyd edirlər. Bakı kəndlərindən birinini sakini olan Akif dayı deyir ki, öncəki illərdə məhsulunu bazara çıxarıb evə çörək pulu apara bilsə də, indi ancaq qəpik-quruş qazana bilir.
© Sputnik / Nigar Iskanderova8-ci kilometr bazarında satış
8-ci kilometr bazarında satış - Sputnik Azərbaycan, 1920, 27.07.2022
8-ci kilometr bazarında satış
Qeyd edək ki, diqqətimizi çəkən məqamlardan biri də bazarda alıcı qıtlığı olduğundan satıcıların bəzilərinin iş başında yatması, mürgüləməsi, bəzilərinin isə zamanı ötüşdürmək üçün bir-biri ilə söhbət etməsi oldu...
Pomidor - Sputnik Azərbaycan, 1920, 26.07.2022
CƏMİYYƏT
Pomidorun qiyməti niyə bahadır? İlginc səbəb-FOTO
Xəbər lenti
0