Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: "Ukraynanı tam qul asılılığına salıblar"

© Sputnik / Максим Богодвид / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Abunə olmaq
Aİ ölkələri və ABŞ-ın hərəkətləri Ukraynanı və Ukrayna xalqını Qərb ölkələrindən tamamilə asılı vəziyyətə salıb.
BAKI, 27 iyul — Sputnik. Avropa İttifaqı ölkələri və ABŞ-ın hərəkətləri Ukraynanı Qərb ölkələrindən tam qul asılılığına salıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində deyib.
Diplomatdan Almaniyanın xarici işlər naziri Annalena Burbokun Rusiya xarici işlər naziri Sergey Lavrovun fikirləri ilə bağlı iddialarını şərh etməsi istənilib.
Xatırladaq ki, Rusiya XİN rəhbəri ölkəsinin Ukrayna xalqına və onun tarixinin əleyhinə olan Kiyev rejimindən qurtulmasına kömək edəcəyini bildirmişdi. Almaniya XİN rəhbəri bunu Rusiyanın Ukraynanı tamamilə özünə tabe etmək niyyəti daşıdığını iddia edib.
Zaxarova bildirib ki, Aİ ölkələri və ABŞ-ın hərəkətləri Ukraynanı və Ukrayna xalqını Qərb ölkələrindən tamamilə asılı vəziyyətə salıb: "Bununla da Ukrayna kölə vəziyyətinə düşüb".
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0