https://sputnik.az/20220727/ukrayna-ve-rusiyadan-50-milyon-tona-qeder-taxil-dasina-biler-444404498.html
Ukrayna və Rusiyadan 50 milyon tona qədər taxıl daşına bilər
Ukrayna və Rusiyadan 50 milyon tona qədər taxıl daşına bilər
Sputnik Azərbaycan
Türkiyə prezidentinin sözçüsü bildirib ki, sazişlər 4 ay müddətinə imzalanıb, lakin tərəflər razılaşarsa, avtomatik olaraq uzadıla bilər. 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T12:00+0400
2022-07-27T12:00+0400
2022-07-27T12:00+0400
taxıl
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345140_0:159:3079:1890_1920x0_80_0_0_afc97c7b22944e19cf6f2c82cb636b2f.jpg
BAKI, 27 iyul — Sputnik. İstanbuldakı taxıl mərkəzinin koordinasiyası ilə bu ilin sonuna qədər Ukrayna və Rusiyadan 50 milyon tona qədər taxıl daşına bilər. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib."Bu ilin sonuna qədər İstanbulda BMT-nin nəzarəti altında olacaq taxıl mərkəzinin koordinasiyası ilə Rusiya və Ukraynadan dünya bazarlarına 40-50 milyon tona qədər taxıl nəql edilə bilər", - deyə prezidentin sözçüsü bildirib. Onun sözlərinə görə, Ukraynanın anbarlarında 20-25 milyon ton, Rusiyada isə 25-30 milyon ton taxıl saxlanılır.Kalın taxıl müqavilələrinin uzadılmasını istisna etməyib. "Sazişlər 4 ay müddətinə imzalanıb, lakin tərəflər razılaşarsa, avtomatik olaraq uzadıla bilər. Qarşılıqlı razılaşmalar kifayətdir", - Türkiyə prezidentinin nümayəndəsi deyib.İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Rusiya və BMT arasında memorandum dünya təşkilatının kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına mane olan anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılması işində iştirak etdiyini təsdiqləyir. Digər sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir. Rusiya, Türkiyə, Ukrayna və BMT arasında sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur ki, onun nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.
https://sputnik.az/20220724/rusiya-ve-turkiyeden-basqa-qara-denizdeki-taxil-gemilerini-kim-qoruyacaq--444328076.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345140_173:0:2904:2048_1920x0_80_0_0_fe15135af159596c4460c9d74c1429ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, ukrayna
Ukrayna və Rusiyadan 50 milyon tona qədər taxıl daşına bilər
Türkiyə prezidentinin sözçüsü bildirib ki, sazişlər 4 ay müddətinə imzalanıb, lakin tərəflər razılaşarsa, avtomatik olaraq uzadıla bilər.
BAKI, 27 iyul — Sputnik. İstanbuldakı taxıl mərkəzinin koordinasiyası ilə bu ilin sonuna qədər Ukrayna və Rusiyadan 50 milyon tona qədər taxıl daşına bilər. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
"Bu ilin sonuna qədər İstanbulda BMT-nin nəzarəti altında olacaq taxıl mərkəzinin koordinasiyası ilə Rusiya və Ukraynadan dünya bazarlarına 40-50 milyon tona qədər taxıl nəql edilə bilər", - deyə prezidentin sözçüsü bildirib. Onun sözlərinə görə, Ukraynanın anbarlarında 20-25 milyon ton, Rusiyada isə 25-30 milyon ton taxıl saxlanılır.
Kalın taxıl müqavilələrinin uzadılmasını istisna etməyib. "Sazişlər 4 ay müddətinə imzalanıb, lakin tərəflər razılaşarsa, avtomatik olaraq uzadıla bilər. Qarşılıqlı razılaşmalar kifayətdir", - Türkiyə prezidentinin nümayəndəsi deyib.
İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Rusiya və BMT arasında memorandum dünya təşkilatının kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına mane olan anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılması işində iştirak etdiyini təsdiqləyir.
Digər sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir. Rusiya, Türkiyə, Ukrayna və BMT arasında sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur ki, onun nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.