https://sputnik.az/20220727/rusiya-ranla-memorandum-imzalayacaq-444414473.html
Rusiya İranla memorandum imzalayacaq
Rusiya İranla memorandum imzalayacaq
Sputnik Azərbaycan
İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi bildirib ki, Rusiya ilə memorandumun imzalanması barədə qərar qəbul edilib. 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T15:28+0400
2022-07-27T15:28+0400
2022-07-27T15:28+0400
iran
rusiya
putin
rusiya prezidenti vladimir putin
moskva
tehran
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425165296_0:0:3318:1867_1920x0_80_0_0_93e37cc3647f6912cccc302f34d15c53.jpg
BAKI, 27 iyul — Sputnik. Moskva və Tehran yaxın vaxtlarda İran ehtiyat hissələrinin və avadanlıqlarının tədarükü, eləcə də Rusiya təyyarələrinə texniki xidmət haqqında memorandum imzalayacaq. Bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Mirəkbər Rezəvi bildirib."İranda istehsal olunan hissələrin və avadanlıqların Rusiyaya ixracı imkanlarının təmin edilməsi, habelə Rusiya təyyarələrinin ölkəmizin servis mərkəzləri tərəfindən təmiri və texniki xidmətinin təmin edilməsi məqsədilə Rusiya ilə memorandumun imzalanması barədə qərar qəbul edilib", - deyə İRNA rəsmi nümayəndədən sitat gətirib.İranın aviasiya sənayesi uzun illərdir ki, ABŞ-ın sanksiyaları altındadır və bu, qlobal aviaşirkətlərin İran təyyarələrinə xidmətdən imtina etməsinə səbəb olub. İran hakimiyyəti üçüncü ölkələrdən hissələrin idxalı və istismardan çıxmış təyyarələrdən çıxarılan hissələrin istifadəsi də daxil olmaqla, bir sıra tədbirlər vasitəsilə məhdudiyyətlərdən yayınmağa çalışır.Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425165296_587:0:3318:2048_1920x0_80_0_0_63b6194dd9876cd22448db8b9864fd3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, putin, rusiya prezidenti vladimir putin, moskva, tehran
iran, putin, rusiya prezidenti vladimir putin, moskva, tehran
Rusiya İranla memorandum imzalayacaq
İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi bildirib ki, Rusiya ilə memorandumun imzalanması barədə qərar qəbul edilib.
BAKI, 27 iyul — Sputnik. Moskva və Tehran yaxın vaxtlarda İran ehtiyat hissələrinin və avadanlıqlarının tədarükü, eləcə də Rusiya təyyarələrinə texniki xidmət haqqında memorandum imzalayacaq. Bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Mirəkbər Rezəvi bildirib.
"İranda istehsal olunan hissələrin və avadanlıqların Rusiyaya ixracı imkanlarının təmin edilməsi, habelə Rusiya təyyarələrinin ölkəmizin servis mərkəzləri tərəfindən təmiri və texniki xidmətinin təmin edilməsi məqsədilə Rusiya ilə memorandumun imzalanması barədə qərar qəbul edilib", - deyə İRNA rəsmi nümayəndədən sitat gətirib.
İranın aviasiya sənayesi uzun illərdir ki, ABŞ-ın sanksiyaları altındadır və bu, qlobal aviaşirkətlərin İran təyyarələrinə xidmətdən imtina etməsinə səbəb olub. İran hakimiyyəti üçüncü ölkələrdən hissələrin idxalı və istismardan çıxmış təyyarələrdən çıxarılan hissələrin istifadəsi də daxil olmaqla, bir sıra tədbirlər vasitəsilə məhdudiyyətlərdən yayınmağa çalışır.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.