https://sputnik.az/20220727/misustin-toxumculugun-inkisafi-rusiyanin-erzaq-tehlukesizliyini-temin-edecek-444435568.html
Mişustin: Toxumçuluğun inkişafı Rusiyanın ərzaq təhlükəsizliyini təmin edəcək
Mişustin: Toxumçuluğun inkişafı Rusiyanın ərzaq təhlükəsizliyini təmin edəcək
Sputnik Azərbaycan
Hökumət başçısı toxumçuluq müəssisələri üçün yüksək texnologiyalı avadanlıqların alınması xərclərinin 50%-nin kompensasiya edilməsini qeyd edib. 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T21:53+0400
2022-07-27T21:53+0400
2022-07-27T22:11+0400
mixail mişustin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440896609_0:52:2942:1707_1920x0_80_0_0_215fd377823c20461a4cba1c8625f5b8.jpg
BAKI, 27 iyul — Sputnik. Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin bildirib ki, hökumət, elm və biznes birgə səylərlə Rusiyanın ərzaq təhlükəsizliyini, o cümlədən ölkədə toxumçuluğun inkişafı hesabına təmin edə bilər. Bu barədə Rusiya mediası məlumat verib.Çərşənbə günü Rusiya hökumətinin başçısı Moskva yaxınlığındakı kənd təsərrüfatı şirkətlərinin fəaliyyəti, o cümlədən Rusiyanın 2004-cü ildə əsası qoyulmuş ən böyük seleksiya-toxumçuluq müəssisələrindən biri olan "SeDeK"in işi ilə tanış olub."Bu gün ölkədə ərzaq təhlükəsizliyi ən vacib məsələdir... İlk növbədə, düşünürəm ki, biz bütün proqramlarımızı sinxronlaşdıracağıq, lazım olanı əlavə edəcəyik", - deyə Mişustin seleksiyaçılara söz verib.O, hökumətin, elmi ictimaiyyətin və biznesin birgə fəaliyyətininin vacibliyini qeyd edib."Ümid edirəm ki, bu cür birgə səylərlə biz ən mühüm vəzifəni - ölkənin ərzaq təhlükəsizliyini, o cümlədən öz seleksiyamızla və materialımızla təmin etməyi həll edəcəyik", - deyə baş nazir vurğulayıb.Hökumətin sənayenin inkişafı üçün həyata keçirəcəyi tədbirlər arasında baş nazir, xüsusən də şəxsi yardımçı təsərrüfatların və özünüməşğulluğun dəstəklənməsini, həmçinin toxumçuluq müəssisələri üçün yüksək texnologiyalı avadanlıqların alınması xərclərinin 50%-nin (indi kompensasiya 20% təşkil edir) kompensasiya edilməsini qeyd edib."Bu gün biz bu qərarı öncədən qəbul edəcəyik", - deyə Mişustin söz verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440896609_120:0:2756:1977_1920x0_80_0_0_7d40b9c7b99fb368021e2f0464029d38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixail mişustin
Mişustin: Toxumçuluğun inkişafı Rusiyanın ərzaq təhlükəsizliyini təmin edəcək
21:53 27.07.2022 (Yenilənib: 22:11 27.07.2022) Hökumət başçısı toxumçuluq müəssisələri üçün yüksək texnologiyalı avadanlıqların alınması xərclərinin 50%-nin kompensasiya edilməsini qeyd edib.
BAKI, 27 iyul — Sputnik. Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin bildirib ki, hökumət, elm və biznes birgə səylərlə Rusiyanın ərzaq təhlükəsizliyini, o cümlədən ölkədə toxumçuluğun inkişafı hesabına təmin edə bilər. Bu barədə Rusiya mediası məlumat verib.
Çərşənbə günü Rusiya hökumətinin başçısı Moskva yaxınlığındakı kənd təsərrüfatı şirkətlərinin fəaliyyəti, o cümlədən Rusiyanın 2004-cü ildə əsası qoyulmuş ən böyük seleksiya-toxumçuluq müəssisələrindən biri olan "SeDeK"in işi ilə tanış olub.
"Bu gün ölkədə ərzaq təhlükəsizliyi ən vacib məsələdir... İlk növbədə, düşünürəm ki, biz bütün proqramlarımızı sinxronlaşdıracağıq, lazım olanı əlavə edəcəyik", - deyə Mişustin seleksiyaçılara söz verib.
O, hökumətin, elmi ictimaiyyətin və biznesin birgə fəaliyyətininin vacibliyini qeyd edib.
"Ümid edirəm ki, bu cür birgə səylərlə biz ən mühüm vəzifəni - ölkənin ərzaq təhlükəsizliyini, o cümlədən öz seleksiyamızla və materialımızla təmin etməyi həll edəcəyik", - deyə baş nazir vurğulayıb.
Hökumətin sənayenin inkişafı üçün həyata keçirəcəyi tədbirlər arasında baş nazir, xüsusən də şəxsi yardımçı təsərrüfatların və özünüməşğulluğun dəstəklənməsini, həmçinin toxumçuluq müəssisələri üçün yüksək texnologiyalı avadanlıqların alınması xərclərinin 50%-nin (indi kompensasiya 20% təşkil edir) kompensasiya edilməsini qeyd edib.
"Bu gün biz bu qərarı öncədən qəbul edəcəyik", - deyə Mişustin söz verib.