https://sputnik.az/20220727/azerbaycan-kinosu-bu-gun-reytinq-yoxsa-incesenet-444428102.html
Azərbaycan kinosu bu gün: reytinq, yoxsa incəsənət?
Azərbaycan kinosu bu gün: reytinq, yoxsa incəsənət?
Sputnik Azərbaycan
Milli filmlərin istehsalının artması qısa müddətdə onların reytinqi və keyfiyyəti arasında tarazlığın əldə olunacağına ümid yaradır. 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T18:32+0400
2022-07-27T18:32+0400
2022-07-27T18:32+0400
azərbaycan
mətbuat mərkəzi
kino
film
milli
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/16/434499136_0:160:3072:1888_1920x0_80_0_0_02ed825534ffd9a824d28456643e323c.jpg
BAKI, 27 iyul — Sputnik. Respublika kinematoqrafiyasının bütün işçilərinin peşə bayramı, hər il avqustun 2-də qeyd olunan Azərbaycan Milli Kino Günü Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilib.Bu tarix təsadüfən seçilməyib. Məsələ burasındadır ki, Azərbaycan kinematoqrafiyasının tarixi "Neft və milyonlar səltənətində" filminin ekranlara çıxdığı 1916-cı ildən deyil, ondan xeyli əvvəl başlayır. Çoxları məhz bu hadisəni Azərbaycanda kino erasının başlanğıcı hesab etsələr də, hələ 1898-ci ildə ölkə ekranlarında ilk "hərəkətli şəkillər" peyda olub.Bugünkü Azərbaycan kinosu zamanla ayaqlaşmağa və getdikcə artan tələbkar tamaşaçı zövqünə uyğunlaşmağa çalışır. Təəssüf ki, çox vaxt tamaşaçıların istəklərinə uyğun kino çəkmək zərurəti müasir filmlərin keyfiyyətinə təsir edir. Eyni zamanda, milli filmlərin istehsalının artması qısa müddətdə onların reytinqi və keyfiyyəti arasında tarazlığın əldə olunacağına ümid verir.Müasir Azərbaycan kinosunda hansı proseslərin baş verdiyi və yaxın gələcəkdə hansı layihələrin təqdimata hazırlandığı barədə iyulun 29-da, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov və məşhur Azərbaycan kinooperatoru Asəf Qəhrəmanov danışacaq.Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq: https://www.facebook.com/SputnikAze/Əlaqə:Telefonlar: 404-13-84/85Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İlqar Vəlizadə
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426853847_978:0:3026:2048_100x100_80_0_0_cd038d6ecdb6f15b9752a2cbb5dd153f.jpg
İlqar Vəlizadə
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426853847_978:0:3026:2048_100x100_80_0_0_cd038d6ecdb6f15b9752a2cbb5dd153f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/16/434499136_171:0:2902:2048_1920x0_80_0_0_3e2f372f1e0f0f58bcc88f612e3f3ddf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlqar Vəlizadə
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426853847_978:0:3026:2048_100x100_80_0_0_cd038d6ecdb6f15b9752a2cbb5dd153f.jpg
azərbaycan, kino, film, milli
azərbaycan, kino, film, milli
Azərbaycan kinosu bu gün: reytinq, yoxsa incəsənət?
Milli filmlərin istehsalının artması qısa müddətdə onların reytinqi və keyfiyyəti arasında tarazlığın əldə olunacağına ümid yaradır.
BAKI, 27 iyul — Sputnik. Respublika kinematoqrafiyasının bütün işçilərinin peşə bayramı, hər il avqustun 2-də qeyd olunan Azərbaycan Milli Kino Günü Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilib.
Bu tarix təsadüfən seçilməyib. Məsələ burasındadır ki, Azərbaycan kinematoqrafiyasının tarixi "Neft və milyonlar səltənətində" filminin ekranlara çıxdığı 1916-cı ildən deyil, ondan xeyli əvvəl başlayır. Çoxları məhz bu hadisəni Azərbaycanda kino erasının başlanğıcı hesab etsələr də, hələ 1898-ci ildə ölkə ekranlarında ilk "hərəkətli şəkillər" peyda olub.
Bugünkü Azərbaycan kinosu zamanla ayaqlaşmağa və getdikcə artan tələbkar tamaşaçı zövqünə uyğunlaşmağa çalışır. Təəssüf ki, çox vaxt tamaşaçıların istəklərinə uyğun kino çəkmək zərurəti müasir filmlərin keyfiyyətinə təsir edir. Eyni zamanda, milli filmlərin istehsalının artması qısa müddətdə onların reytinqi və keyfiyyəti arasında tarazlığın əldə olunacağına ümid verir.
Müasir Azərbaycan kinosunda hansı proseslərin baş verdiyi və yaxın gələcəkdə hansı layihələrin təqdimata hazırlandığı barədə iyulun 29-da, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov və məşhur Azərbaycan kinooperatoru Asəf Qəhrəmanov danışacaq.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq:
https://www.facebook.com/SputnikAze/
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.