Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yekaterinburqdan Bakıya uçuşlar bərpa olunur

© Sputnik / Ilya Naymushin / Mediabanka keçidİrAero" aviaşirkəti
İrAero aviaşirkəti  - Sputnik Azərbaycan, 1920, 26.07.2022
Abunə olmaq
İki şəhər arasında arasında birbaşa uçuşlar bu ilin martında dayandırılmışdı.
BAKI, 26 iyul — Sputnik. Rusiyanın "İrAero" aviaşirkəti iyulun 31-dən etibarən Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq. Bu barədə Koltsovo hava limanının mətbuat xidməti məlumat yayıb.
Uçuşlar həftədə iki dəfə "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.
Yekaterinburqdan uçuşlar bazar günü saat 17:20-də, çərşənbə günləri isə yerli vaxtla saat 20:20-də planlaşdırılır. Bakıya çatma - müvafiq olaraq 19:20 və 22:20-də olacaq. Biletin qiyməti - 27 815 rubldan (817 manatdan) başlayır.
Qeyd edək ki, 2021-ci ilin yekunlarına görə, Koltsovo hava limanı Azərbaycana uçan 12 mindən çox sərnişinə xidmət göstərib.
Yekaterinburqla Bakı arasında birbaşa uçuşlar bu ilin martında dayandırılıb.
Xatırladaq ki, avqustun 1-dən "İrAero" aviaşirkəti həftədə 5 dəfə Novosibirsk – Bakı (Azərbaycan) – Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar həyata keçirəcək.
Xəbər lenti
0