https://sputnik.az/20220726/lavrov-kiyevin-niye-danisiqlar-aparmadigina-dair-suallar-abs-a-unvanlana-biler-444387720.html
Lavrov: Kiyevin niyə danışıqlar aparmadığına dair suallar ABŞ-a ünvanlana bilər
Lavrov: Kiyevin niyə danışıqlar aparmadığına dair suallar ABŞ-a ünvanlana bilər
Sputnik Azərbaycan
Nazir əlavə edib ki, "Şimal axını-2" Avropanın enerji sahəsinə olan ehtiyaclarını ödəməyə tam hazırdır, lakin bu qaz kəməri layihəsi siyasi səbəblərə görə... 26.07.2022, Sputnik Azərbaycan
2022-07-26T19:23+0400
2022-07-26T19:23+0400
2022-07-26T19:39+0400
lavrov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
sergey lavrov
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_0:0:3129:1761_1920x0_80_0_0_35e038b9826a39a39d5d003a97c9f5dc.jpg
BAKI, 26 iyul — Sputnik. Kiyevin niyə danışıqlar aparmadığına dair suallar ABŞ-a ünvanlanmalıdır. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Uqanda prezidenti ilə birgə keçirilən mətbuat konfransında jurnalistlərə bildirib."Mən bir neçə gün əvvəl verdiyim müsahibədə demişdim ki, Rusiyanın Ukrayna ilə danışıqlara heç bir qərəzi yoxdur. Dərhal, bir neçə saat sonra Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ-ın fikrincə, indi Ukrayna üçün Rusiya ilə danışıqlar aparmağın vaxtı deyil. Nəticə çıxarın – amerikalı həmkarlarınızdan bunun səbəbini soruşun", - deyə Lavrov deyib.Nazir əlavə edib ki, "Şimal axını-2" Avropanın enerji sahəsinə olan ehtiyaclarını ödəməyə tam hazırdır, lakin bu qaz kəməri layihəsi siyasi səbəblərə görə bağlanıb."Əlbəttə ki, lazım olanı kompensasiya etməyə, ehtiyacı ödəməyə tam hazır olan "Şimal axını-2"-dir ... bu yanacaq növü sadəcə olaraq siyasi səbəblərə görə bağlanıb", - deyə nazir birgə görüş zamanı bildirib.Lavrov həmçinin qeyd edib ki, tikinti zamanı Aİ-nin bütün notmativ-hüquqi qaydalarına əməl olunmasına baxmayaraq, Avropa Komissiyası layihənin tamamlanmasını ləngidən qərarları keçmiş tarixlə qəbul edib."Lakin bütün bunlar hazır olan kimi, Avropa Komissiyası Avropanın enerji təhlükəsizliyi üçün bu ən vacib qaz kəmərini yavaşlatmaqdan ötrü keçmiş tarixlə indiyədək istifadə olunan standartları qəbul edib", - deyə nazir vurğulayıb.O, həmçinin qeyd edib ki, Rusiyanın qazdan silah kimi istifadə etməsi haqqında hekayəsi yeni deyil, Aİ isə Rusiyanın digər layihəsi olan "Şimal axını-1"in imkanlarını məhdudlaşdırmaq üçün mümkün olan hər şeyi edib."Avropa İttifaqı son 6-7 ildir ki, heç bir konkret misal göstərmədən Rusiyanın qazdan silah kimi istifadə etdiyini və eyni zamanda "Şimal axını-1"in malik olduğu qaz nəqletmə qabiliyyətini məhdudlaşdırmaq üçün əlindən gələni etdiyini deyir", - deyə nazir bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_139:0:2870:2048_1920x0_80_0_0_28dfb6e4b987f480420a04fd54481c14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, kiyev
lavrov, sergey lavrov, kiyev
Lavrov: Kiyevin niyə danışıqlar aparmadığına dair suallar ABŞ-a ünvanlana bilər
19:23 26.07.2022 (Yenilənib: 19:39 26.07.2022) Nazir əlavə edib ki, "Şimal axını-2" Avropanın enerji sahəsinə olan ehtiyaclarını ödəməyə tam hazırdır, lakin bu qaz kəməri layihəsi siyasi səbəblərə görə bağlanıb.
BAKI, 26 iyul — Sputnik. Kiyevin niyə danışıqlar aparmadığına dair suallar ABŞ-a ünvanlanmalıdır. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Uqanda prezidenti ilə birgə keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.
"Mən bir neçə gün əvvəl verdiyim müsahibədə demişdim ki, Rusiyanın Ukrayna ilə danışıqlara heç bir qərəzi yoxdur. Dərhal, bir neçə saat sonra Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ-ın fikrincə, indi Ukrayna üçün Rusiya ilə danışıqlar aparmağın vaxtı deyil. Nəticə çıxarın – amerikalı həmkarlarınızdan bunun səbəbini soruşun", - deyə Lavrov deyib.
Nazir əlavə edib ki, "Şimal axını-2" Avropanın enerji sahəsinə olan ehtiyaclarını ödəməyə tam hazırdır, lakin bu qaz kəməri layihəsi siyasi səbəblərə görə bağlanıb.
"Əlbəttə ki, lazım olanı kompensasiya etməyə, ehtiyacı ödəməyə tam hazır olan "Şimal axını-2"-dir ... bu yanacaq növü sadəcə olaraq siyasi səbəblərə görə bağlanıb", - deyə nazir birgə görüş zamanı bildirib.
Lavrov həmçinin qeyd edib ki, tikinti zamanı Aİ-nin bütün notmativ-hüquqi qaydalarına əməl olunmasına baxmayaraq, Avropa Komissiyası layihənin tamamlanmasını ləngidən qərarları keçmiş tarixlə qəbul edib.
"Lakin bütün bunlar hazır olan kimi, Avropa Komissiyası Avropanın enerji təhlükəsizliyi üçün bu ən vacib qaz kəmərini yavaşlatmaqdan ötrü keçmiş tarixlə indiyədək istifadə olunan standartları qəbul edib", - deyə nazir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiyanın qazdan silah kimi istifadə etməsi haqqında hekayəsi yeni deyil, Aİ isə Rusiyanın digər layihəsi olan "Şimal axını-1"in imkanlarını məhdudlaşdırmaq üçün mümkün olan hər şeyi edib.
"Avropa İttifaqı son 6-7 ildir ki, heç bir konkret misal göstərmədən Rusiyanın qazdan silah kimi istifadə etdiyini və eyni zamanda "Şimal axını-1"in malik olduğu qaz nəqletmə qabiliyyətini məhdudlaşdırmaq üçün əlindən gələni etdiyini deyir", - deyə nazir bildirib.