https://sputnik.az/20220726/azerbaycan-ve-ermenistan-liderlerinin-gorusu-ile-bagli-danisiqlar-gedir-444377464.html
Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı danışıqlar gedir
Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı danışıqlar gedir
Sputnik Azərbaycan
Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri bildirib ki, liderlərin görüşünün keçirilməsi ilə bağlı danışıqlar gedir, lakin konkret tarix... 26.07.2022, Sputnik Azərbaycan
2022-07-26T14:44+0400
2022-07-26T14:44+0400
2022-07-26T14:44+0400
azərbaycan
qarabağ
ermənistan
liderlər
görüş
deputat
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441066528_0:0:3072:1728_1920x0_80_0_0_260aa80f8064e191d6796fdb3aaf2357.jpg
BAKI, 26 iyul — Sputnik. Azərbaycanın və Ermənistanın rəsmi nümayəndələri iki ölkə liderlərinin görüşü ilə bağlı danışıqlar aparırlar. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hakim "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin üzvü Eduard Ağacanyan keçirdiyi brifinqdə bildirib."Mən bildiyimə görə, liderlərin görüşünün keçirilməsi ilə bağlı danışıqlar gedir, lakin konkret tarix deyə bilmərəm", - o deyib.Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sonuncu dəfə mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparıblar.Mayın 23-də dövlət başçıları sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması haqqında fərmanlar imzalayıblar. Azərbaycan tərəfindən komissiyaya Şahin Mustafayev, Ermənistan tərəfindən isə komissiyaya Mqer Qriqoryan rəhbərlik edir. Komissiyaların ilk iclası mayın 24-də iki ölkənin sərhədində baş tutub.İyulun 25-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib.Dövlətimizin başçısı bildirib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441066528_317:0:3048:2048_1920x0_80_0_0_b23804cd2510d800be7c9ed84590dedb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, ermənistan, liderlər, görüş, deputat
azərbaycan, ermənistan, liderlər, görüş, deputat
Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı danışıqlar gedir
Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri bildirib ki, liderlərin görüşünün keçirilməsi ilə bağlı danışıqlar gedir, lakin konkret tarix deyə bilməz.
BAKI, 26 iyul — Sputnik. Azərbaycanın və Ermənistanın rəsmi nümayəndələri iki ölkə liderlərinin görüşü ilə bağlı danışıqlar aparırlar. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hakim "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin üzvü Eduard Ağacanyan keçirdiyi brifinqdə bildirib.
"Mən bildiyimə görə, liderlərin görüşünün keçirilməsi ilə bağlı danışıqlar gedir, lakin konkret tarix deyə bilmərəm", - o deyib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sonuncu dəfə mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparıblar.
Mayın 23-də dövlət başçıları sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması haqqında fərmanlar imzalayıblar. Azərbaycan tərəfindən komissiyaya Şahin Mustafayev, Ermənistan tərəfindən isə komissiyaya Mqer Qriqoryan rəhbərlik edir. Komissiyaların ilk iclası mayın 24-də iki ölkənin sərhədində baş tutub.
İyulun 25-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.