https://sputnik.az/20220726/azerbaycan-ordusunun-herbcisi-kelbecerde-minaya-dusub-444391422.html
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
Sputnik Azərbaycan
İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə... 26.07.2022, Sputnik Azərbaycan
2022-07-26T20:25+0400
2022-07-26T20:25+0400
2022-07-26T20:25+0400
qarabağ
baş prokurorluq
müdafiə nazirliyi
mina
hərbi qulluqçu
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427518750_0:0:1247:701_1920x0_80_0_0_d3d2df22302e3f63a18b3105cf9121ca.jpg
BAKI, 26 iyul - Sputnik. İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.Müdafiə Nazirliyindən verilən xəbərə görə, mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.Bildirilib ki, o, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Məlumatda deyilir:"İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.Hazırda istintaq davam edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427518750_127:0:1062:701_1920x0_80_0_0_acebd9fbea1ce099b7a44ffeb7a78f52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, müdafiə nazirliyi, mina, hərbi qulluqçu
baş prokurorluq, müdafiə nazirliyi, mina, hərbi qulluqçu
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub.
BAKI, 26 iyul - Sputnik. İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.
Bildirilib ki, o, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Məlumatda deyilir:
"İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir".