Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiya ilə bağlı istənilən xəbəri təhrif edir - Lavrov

© AFP 2023 / BYAMBASUREN BYAMBA-OCHIRLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 25.07.2022
Abunə olmaq
Rusiya XİN rəhbəri qeyd edib ki, xəbərlər Rusiya Federasiyasına qarşı istifadə oluna biləcək şəkildə təqdim olunur.
BAKI, 25 iyul — Sputnik. Qərb istənilən xəbəri təhrif olunmuş şəkildə elə təqdim edir ki, ondan Rusiyaya qarşı istifadə olunsun. Bunu iyulun 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Qərbli həmkarlarımız istənilən xəbəri təhrif olunmuş şəkildə, Rusiyaya qarşı istifadə oluna biləcək formada təqdim etməkdə mahirdirlər. Məni artıq heç nə təəccübləndirmir. Odessada baş verən epizoddan danışsaq, Rusiyanın üzərinə götürdüyü öhdəliklərdə bizə xüsusi hərbi əməliyyatı davam etdirməyi, hərbi hədəfləri və infrastrukturu məhv etməyi qadağan edəcək heç nə yoxdur.
BMT katibliyinin nümayəndələri sənədlərin bu oxunuşunu təsdiqləyiblər. Vurulan hədəflərə gəlincə, onlar Odessa limanının "hərbi" hissəsində yerləşir. Hədəf Qara dəniz donanmasına təhlükə yaratmaq üçün təslim edilən Harpoon raketlərinin çatdırıldığı bir qayıq və sursat anbarı idi. Hazırda bu "Harpoonlar" bizim üçün təhlükə yaratmır və obyektiv ekspertlər təsdiqləyiblər ki, taxıl terminalı bu məqsədlərdən xeyli uzaq məsafədə yerləşir", - deyə Rusiya XİN rəhbəri qeyd edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Odessa limanında Ukrayna Silahlı Qüvvələrinə məxsus gəminin və "Harpoon" raketlərinin anbarının məhv edildiyi barədə məlumat vermişdi. Hərbi gəmilərin təmiri və modernləşdirilməsi müəssisəsi də sıradan çıxarılıb.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-ü, cümə axşamı səhər saatlarında Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bildirib ki, onun məqsədi "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan vətəndaşları qorumaqdır". Hazırda Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır. Danışıqlar prosesinin dondurulmasının təşəbbüskarı Kiyev olub. Bunu əvvəllər Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib.
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.07.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
RF Müdafiə Nazirliyi Ukraynada bir neçə "Bayraktar" dronunun məhv edildiyini açıqlayıb
Xəbər lenti
0