Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Odessa limanında tətil taxıl daşınmasının başlanmasına təsir etməməlidir - Peskov

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 25.07.2022
Abunə olmaq
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Odessa limanına zərbə hərbi infrastrukturu məhv etmək məqsədi daşıyıb. Ona görə də bu, daşınma prosesinin başlanmasına heç bir şəkildə təsir göstərməməlidir.
BAKI, 25 iyul — Sputnik. Odessa limanına zərbə hərbi infrastrukturu məhv etmək məqsədini daşıyıb və heç bir şəkildə taxıl müqaviləsinin icrasına təsir göstərməməlidir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, yalnız hərbi infrastrukturla bağlıdır, heç bir şəkildə sazişlərin yerinə yetirilməsi və taxıl ixracı üçün istifadə olunan infrastrukturla əlaqəli deyil. Ona görə də bu, daşınma prosesinin başlanmasına heç bir şəkildə təsir göstərməməlidir", - deyə Peskov sözünə davam edib.
Beləliklə, o, jurnalistlərin xahişi ilə bu zərbənin taxılla bağlı sövdələşmənin yerinə yetirilməsinə "təhlükə törədirmi" sualını cavablandırıb.
Bir gün əvvəl, iyulun 24-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinqdə bildirib ki, Rusiya Hərbi Dəniz Qüvvələri Odessa limanında Ukrayna gəmisinə və Amerikanın "Harpun" raketlərinin anbarına yüksək dəqiqliklə idarə olunan raketlərlə zərbə vurub.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-ü, cümə axşamı səhər saatlarında Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bildirib ki, onun məqsədi "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan vətəndaşları qorumaqdır". Hazırda Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır. Danışıqlar prosesinin dondurulmasının təşəbbüskarı Kiyev olub. Bunu əvvəllər Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib.
Xəbər lenti
0