Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı şəhər Dövlət Yol Polisi sürücələrə müraciət etdi

© Sputnik / Irade JELILYol polisi
Yol polisi - Sputnik Azərbaycan, 1920, 25.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil, prosessual araşdırma tələb edən məsələyə çevrilir.
BAKI, 25 iyul — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələri zamanı görülməli olan tədbirlərlə bağlı sürücülərə müraciət edib.
İdarə​nin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsi qiymətləndirildikdən sonra müvafiq qaydada qanuni tədbirlər görülür:
"Baş vermiş yol-nəqliyyat hadisələri hüquqi mahiyyətinə görə 2 qrupa bölünür. Birinci qrup maddi xəsarətlə yekunlaşanlar, digəri isə insan xəsarəti və ölümü ilə nəticələnən hadisələrdir. Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil, prosessual araşdırma tələb edən məsələyə çevrilir. Çünki xəsarət alanların xəsarət dərəcəsi müəyyənləşdirilir, xəsarət az ağır və ağır formadadırsa (həkim tibbi ekspertin rəyi əsasında), artıq cinayət tərkibli məsuliyyət yaradır. Yüngüldürsə, qərar qəbul olunması məhkəmənin məsuliyyətində olan hal yaranır. İnzibati xəta törədən şəxsə 200 manat məbləğində cərimə və ya məhkəmənin qərarı ilə sürücülük hüququnun 6 aydan 1 ilə qədər məhdudlaşdırılması kimi məsuliyyət tətbiq olunması nəzərdə tutulur. Əgər xəsarətin dərəcəsi müəyyən edilməyibsə, bu zaman yol hərəkətinin hansı qaydası pozulubsa, ona uyğun formada inzibati protokol tərtib olunur. Hadisə maddi ziyanla bitibsə və bu halda sürücü hadisə yerindən yayınırsa, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirkar sürücünü 100 manat məbləğində cərimə və 4 cərimə balı olan protokol gözləyir. Hadisə zamanı sürücü birinci olaraq yol polisini məlumatlandırmalıdır ki, hadisə yerinə gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirə bilsin. Sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçün müvafiq sənədlərdə sığortaya vaxtında təqdim olunsun".
Qeyd edilib ki, sürücülərin hadisə yerindən yayınması gələcəkdə onların sığorta ödənişlərinin alınmasından imtinaya əsas kimi qiymətləndirilə bilər: "Yəni sürücü üçün gələcəkdə bu hərəkəti həm inzibati, həm də mülki məsuliyyət də yarada bilər.
"Yol hərəkəti haqqında" qanunun ​37-ci maddəsində sürücünün üzərinə qoyulan vəzifəyə görə, baş vermiş hadisə zamanı xəsarət alan şəxs varsa, mütləq onu təcili tibbi yarıma çatdırmalı, şəxsin sağlamlığına dəymiş halın qarşısını almaq üçün müvafiq ilkin addımları atmalıdır. Bunları etmək əvəzinə sürücü hadisə yerindən uzaqlaşırsa, bu onun barəsində açılmış cinayət işində ağırlaşdırıcı hal kimi məsuliyyətini dərinləşdirir.
Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi qəzalar zamanı məsuliyyət yaradan halları düzgün qiymətləndirib bu barədə vaxtında polisə məlumat verməyi, aidiyyəti prosedurları qeyd etdiyimiz qaydada icra etməyi, özünün və digər şəxslərin həyat və sağlamlığını təhlükə qarşısında qoymamağı xahiş edirik!"
Xəbər lenti
0