https://sputnik.az/20220725/anama-zerersizlesdirilen-herbi-sursatlarin-sayini-aciqladi-444334395.html
ANAMA zərərsizləşdirilən hərbi sursatların sayını açıqladı
ANAMA zərərsizləşdirilən hərbi sursatların sayını açıqladı
Sputnik Azərbaycan
İyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı partlamamış hərbi sursatlar... 25.07.2022, Sputnik Azərbaycan
2022-07-25T13:19+0400
2022-07-25T13:19+0400
2022-07-25T13:29+0400
anama
qarabağ
mina
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348070_0:0:3195:1798_1920x0_80_0_0_3926a42ff4c622b1cb1f258cf29a610b.jpg
BAKI, 25 iyul — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, tank əleyhinə 11 mina və 181 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.Nəticədə 953 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) mina və partlamamış sursatlarla çirklənmiş ərazilərin nişanlanması üçün 500 ədəd mina xəbərdarlıq nişanı verib.Qeyd olunub ki, döyüşlərin sona çatmasına baxmayaraq Azərbaycanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə mina və partlamamış sursatlarla çirklənmiş ərazilər qalmaqdadır. Belə ərazilərdə xüsusi xəbərdarlıq nişanlarının olmaması yaxınlıqda yaşayan insanlar və ətraf rayonlardan gələn qonaqlar üçün çox böyük çətinliklər yaradır.Xəbərdarlıq nişanlarının verilməsi BQXK-nın Azərbaycanda həyata keçirdiyi Risklər və Təhlükəsiz Davranış Proqramının bir hissəsidir. Proqramın məqsədi ANAMA və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə mina və partlamamış sursatların təhlükəsi haqqında insanlar arasında maarifləndirilmənin aparılmasıdır. Həmçinin, qeyd edilən proqramda müxtəlif fəaliyyətlər həyata keçirilir. Bura müxtəlif əmək fəaliyyətləri ilə məşğul olan şəxslərlə, o cümlədən, çobanlarla, tikinti və sosial sahənin işçiləri, müəllimlərlə aparılan risklər haqqında maarifləndirmə sessiyaları, yerli icmalarda sakinlərin evlərində həyata keçirilən sessiyalar, uşaqlarla məktəblərdə keçirilən fəaliyyətlər və interaktiv teatr səhnəcikləri, texniki işçilər üçün təlimlər və mina qurbanları üçün dəstək daxildir.İl başlayandan bəri həyata keçirilən maarifləndirmə sessiyaları Azərbaycanda 5337-dən çox insanı əhatə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348070_0:0:2731:2048_1920x0_80_0_0_8186da369245a898fc953b66c96eff0f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
anama, mina
ANAMA zərərsizləşdirilən hərbi sursatların sayını açıqladı
13:19 25.07.2022 (Yenilənib: 13:29 25.07.2022) İyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı partlamamış hərbi sursatlar aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 25 iyul — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, tank əleyhinə 11 mina və 181 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 953 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) mina və partlamamış sursatlarla çirklənmiş ərazilərin nişanlanması üçün 500 ədəd mina xəbərdarlıq nişanı verib.
Qeyd olunub ki, döyüşlərin sona çatmasına baxmayaraq Azərbaycanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə mina və partlamamış sursatlarla çirklənmiş ərazilər qalmaqdadır. Belə ərazilərdə xüsusi xəbərdarlıq nişanlarının olmaması yaxınlıqda yaşayan insanlar və ətraf rayonlardan gələn qonaqlar üçün çox böyük çətinliklər yaradır.
Xəbərdarlıq nişanlarının verilməsi BQXK-nın Azərbaycanda həyata keçirdiyi Risklər və Təhlükəsiz Davranış Proqramının bir hissəsidir. Proqramın məqsədi ANAMA və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə mina və partlamamış sursatların təhlükəsi haqqında insanlar arasında maarifləndirilmənin aparılmasıdır. Həmçinin, qeyd edilən proqramda müxtəlif fəaliyyətlər həyata keçirilir. Bura müxtəlif əmək fəaliyyətləri ilə məşğul olan şəxslərlə, o cümlədən, çobanlarla, tikinti və sosial sahənin işçiləri, müəllimlərlə aparılan risklər haqqında maarifləndirmə sessiyaları, yerli icmalarda sakinlərin evlərində həyata keçirilən sessiyalar, uşaqlarla məktəblərdə keçirilən fəaliyyətlər və interaktiv teatr səhnəcikləri, texniki işçilər üçün təlimlər və mina qurbanları üçün dəstək daxildir.
İl başlayandan bəri həyata keçirilən maarifləndirmə sessiyaları Azərbaycanda 5337-dən çox insanı əhatə edib.