https://sputnik.az/20220725/agilli-kende-kocurulen-sakinlerin-sayi-aciqlanib-444343606.html
"Ağıllı kənd"ə köçürülən sakinlərin sayı açıqlanıb
"Ağıllı kənd"ə köçürülən sakinlərin sayı açıqlanıb
Sputnik Azərbaycan
İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" şəhərciyindən bu mərhələ üzrə növbəti, dördüncü köç karvanı yola salınıb. 25.07.2022, Sputnik Azərbaycan
2022-07-25T14:04+0400
2022-07-25T14:04+0400
2022-07-25T14:04+0400
məcburi köçkünlər
qarabağ
ağalıkənd
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444134035_0:0:1920:1080_1920x0_80_0_0_0e859cda7e57c463d427ad41f92431d7.jpg
BAKI, 25 iyul — Sputnik. Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən inşa edilmiş Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" şəhərciyindən bu mərhələ üzrə növbəti, dördüncü köç karvanı yola salınıb.Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eldar Zeynalov, komitənin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.Daha 55 nəfər – 11 ailə daimi məskunlaşmaq üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalı kəndinə yola salınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.Qeyd edək ki, bu qayıdış Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinin yekunudur. İndiyədək 41 ailə - 201 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444134035_240:0:1680:1080_1920x0_80_0_0_5071ff2f12027c473430ec966e813c27.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məcburi köçkünlər, ağalıkənd
məcburi köçkünlər, ağalıkənd
"Ağıllı kənd"ə köçürülən sakinlərin sayı açıqlanıb
İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" şəhərciyindən bu mərhələ üzrə növbəti, dördüncü köç karvanı yola salınıb.
BAKI, 25 iyul — Sputnik. Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən inşa edilmiş Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" şəhərciyindən bu mərhələ üzrə növbəti, dördüncü köç karvanı yola salınıb.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eldar Zeynalov, komitənin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Daha 55 nəfər – 11 ailə daimi məskunlaşmaq üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalı kəndinə yola salınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Qeyd edək ki, bu qayıdış Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinin yekunudur. İndiyədək 41 ailə - 201 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.