Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: "Döyüş sursatı və yanacaq olan yeddi anbar məhv edilib"

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 24.07.2022
Abunə olmaq
Rusiya aviasiyası Ukrayna Silahlı Qüvvələrinin iki bölməsini vuraraq iki Amerika M777 haubitsasını, Nikolayev vilayətində isə Bukovel elektron döyüş kompleksini məhv edib.
BAKI, 24 iyul - Sputnik. Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatlar zamanı Ukraynanın doqquz komanda məntəqəsinin məğlubiyyətə uğradığını açıqlayıb.
Belə ki, Nikolayev vilayətinin Jovtneve yaşayış məntəqəsindəki Kaxovka qoşun qrupunun birləşmiş komanda məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin "Donetsk Xalq Respublikası"nın Kuraxovo, Novodanilovka, Zaporojye rayonlarında yerləşən 54-cü və 65-ci mexanikləşdirilmiş briqadalarının iki komanda məntəqəsi vurulub.
Həmçinin "DXR" və Nikolaev vilayətində döyüş sursatı və yanacaq olan yeddi anbar məhv edilib.
"DXR"in Artemovsk vilayətində Rusiya aviasiyası Ukrayna Silahlı Qüvvələrinin iki bölməsini vuraraq iki Amerika M777 haubitsasını, Nikolayev vilayətində isə Bukovel elektron döyüş kompleksini məhv edib.
Bundan əvvəl Rusiya hərbi idarəsi Odessa dəniz limanında Ukraynaya məxsus hərbi gəminin məhv edilməsinin mümkün olduğunu bildirmişdi. ABŞ-ın təchiz etdiyi "Harpun" gəmi əleyhinə raketlərin anbarı da məhv edilib. Hədəfləri məhv etmək üçün Rusiya hərbçiləri dəniz əsaslı uzaqmənzilli yüksək dəqiqlikli raketləri yerləşdirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0