Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran Rusiya üçün ən qısa, təhlükəsiz və ucuz yükdaşıma marşrutlarındandır - Cəlil Eslami

© Depositphotos.com / AaelboeollosyRusiya və İran bayraqları, arxiv şəkli
Rusiya və İran bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Bu ölkənin rəsmiləri bildiri ki, “Tehran-Həştərxan” birbaşa aviareysi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin də həyata keçirilməsinə kömək edir.
BAKI, 23 iyul - Sputnik. Rusiya ilə İran arasında yüklərin tranzitinin 30 milyon tona qədər artırılması mümkündür. İRNA agentliyinin məlumatına görə, belə bir açıqlama ilə İranın limanların təşkili və dəniz naviqasiyası rəhbərinin müavini Cəlil Eslami çıxış edib.
O qeyd edib ki, bu ilin aprelində İran və Rusiya arasında hərtərəfli nəqliyyat planı imzalanıb.

“İranın şimalındakı 5 limanın ümumi gücü 35 milyon ton yükü daşımaq qabiliyyətinə malikdir. Ölkə limanlarının keçid qabiliyyəti də 270 milyon tonu ötüb”, - deyə o vurğulayıb.

© pixabay / echosystemBeynəlxalq yük terminalında konteynerlər, arxiv şəkil
Контейнеры на международном грузовом терминале, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Beynəlxalq yük terminalında konteynerlər, arxiv şəkil
Qurum rəsmisi bildirib ki, İran və Rusiya arasında gəmiçilik, investisiya, tranzit, dəniz və liman xidmətləri kimi sahələrdə danışıqlar aparılıb.
Eslami İranın Həştərxan limanındakı investisiyalarından da söz açaraq əlavə edib ki, İslam Respublikası Oman, Qətər və Hindistan kimi ölkələrin limanlarına da sərmayə qoymağı planlaşdırır.
O, İranı Rusiya üçün ən qısa, təhlükəsiz və ən ucuz yük daşıma marşrutlarından biri adlandırıb.
Qeyd edək ki, iyulun 31-dən iş adamları, tələbələr, turistlər və səyahətçilərin gediş-gəlişini asanlaşdırmaq üçün Tehran və Rusiyanın Həştərxan şəhəri arasında birbaşa aviareys də açılacaq. Bunu şənbə günü İranın Həştərxandakı baş konsulu Mehdi Hauçakian deyib.
CC BY-SA 2.0 / Alec Wilson / Airbus A320 of ATA Airlines Iranİranın "ATA Airlines" aviaşirkətinin Airbus A320 təyyarəsi, arxiv şəkli
Самолет Airbus A320 иранской авиакомпании ATA Airlines - Sputnik Azərbaycan, 1920, 23.07.2022
İranın "ATA Airlines" aviaşirkətinin Airbus A320 təyyarəsi, arxiv şəkli
O qeyd edib ki, uçuşlar “Tehran (Mehrabad Hava Limanı) – Rəşt-Həştərxan” marşrutu üzrə həyata keçiriləcək.
İran rəsmisi onu da qeyd edib ki, “Rəşt-Həştərxan” birbaşa reysi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə birbaşa və dolayısı ilə kömək edir.
Xəbər lenti
0