Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva metrosunda sərnişinlərinə su paylanacaq, səbəb sadədir - isti

© Sputnik / Алексей Майшев / Mediabanka keçidMoskva metrosunda sərnişinlər, arxiv şəkli
Moskva metrosunda sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Suyun paylandığı stansiyaların siyahısı metropolitenin Telegrame kanalında dərc olunub.
BAKI, 23 iyul - Sputnik. İsti hava şəraiti ilə əlaqədar olaraq Moskva metrosunun səkkiz stansiyasında sərnişinlərə su paylanacaq. Bu barədə Moskva Nəqliyyat Departamentinin Teleqram kanalı xəbər verir.
"Yayın istiləri yenidən Moskvaya qayıdıb. Sərnişinlərin belə havaya dözməsini asanlaşdırmaq üçün biz səkkiz metro stansiyasının foyelərində su paylamağa başladıq: Texnopark, Kutuzovskaya, Fili, Filevski parkı, Pionerskaya, Baqrationovskaya, "Studentçeskaya", " Vıxino”. Biz temperaturu izləyirik, zərurət yaranarsa, stansiyaların siyahısına düzəlişlər ediləcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əlavə, Mərkəzi Şəhərətrafı Sərnişin Şirkəti (MŞSŞ) daşıyıcısı tərəfindən həmçinin mərkəzi stansiyalarda və böyük dəmir yolu stansiyalarında da içməli su paylanır.
Xəbər lenti
0