Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Mirotvorets" ilə mübarizə: uşaqlar "məhv edilməməlidir"

© Depositphotos.com / Marianarbh1Kompüter arxasında qadın, arxiv şəkli
Kompüter arxasında qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Ukraynanın "Mirotvorets" ("Sülhməramlı") saytı azı 327 azyaşlının şəxsi məlumatlarını dərc edib. Onların həyatı daim təhlükə altındadır.
BAKI, 23 iyul — Sputnik. Ötən gün "Rossiya Seqodnya" ("Rusiya bu gün") beynəlxalq multimedia mətbuat mərkəzində azyaşlı uşaqlar üçün təhlükələri müzakirə etməyə həsr olunmuş mətbuat konfransı keçirilib. Bu uşaqlar barədə məlumatlar Ukrayna millətçilərinin "Mirotvorets" saytında yerləşdirilib.
Ukraynanın "Mirotvorets" saytı 2014-cü ilin avqustunda yaradılıb. Sayt rəhbərliyi məlumat bazasında, onların fikrincə, Ukrayna əleyhinə hərəkətlərdə iştirak edən şəxslərin siyahısını toplayır.
"Çistilişe" ("Təmizlənmə") - saytın insanların şəxsi məlumatlarının toplandığı bölmənin adı belədir - bölməsindəki nəşr çox vaxt vətəndaşların həyatı və təhlükəsizliyi üçün birbaşa təhlükə yaradır. Şəxsi məlumatlar - fotoşəkillər, yaşayış ünvanları, telefon nömrələri və sosial şəbəkələrdəki səhifələr qanunsuz olaraq toplanır və "Mirotvorets"in diqqətini cəlb edən şəxslərin icazəsi olmadan dərc olunur.
Saytın kuratorları əvvəlcə Ukraynadakı münaqişə ilə bağlı jurnalistlərin və siyasi xadimlərin məlumatlarını dərc edirdilər. Lakin sonradan "Mirotvorets"də azyaşlı uşaqlarla bağlı məlumatlar görünməyə başladı ki, bu da təkcə Rusiya və Ukrayna qanunvericiliyinin deyil, həm də beynəlxalq norma və müqavilələrin kobud şəkildə pozulması deməkdir. Məsələn, BMT-nin "uşaq hüquqları Konvensiyası" üzv dövlətlərdən hər bir uşağın müdafiəsini təmin etməyi tələb edir.
"Mirotvorets"in bazasına düşən 327 uşağın şəxsiyyəti
"Repressiyalara qarşı mübarizə Fondu" saytın işini diqqətlə araşdıraraq şəxsi məlumatları və sənədləri dərc edilmiş yetkinlik yaşına çatmayan uşaqların məlumat bazasını toplayıb. Fondun hüquq müdafiəçiləri belə qənaətə gəliblər ki, hazırda Ukrayna resursunun bazasında ən azı 327 yetkinlik yaşına çatmayan Rusiya, Ukrayna, Belarus və Ermənistan sakinlərinin şəxsi məlumatları yerləşdirilib. Onların 162 nəfəri qız, 165 nəfəri isə oğlandır.
"Sayt administratorları 31 may 2018 – ci il tarixindən sonra yetkinlik yaşına çatmayanların məlumatlarını aktiv şəkildə dərc etməyə başladılar və bu günə qədər bunu etməyə davam edirlər", - deyə "repressiyalarla mübarizə Fondu"nun hüquq müdafiə qrupunun rəhbəri Mira Terada bildirib.
Onun sözlərinə görə, hal-hazırda uşaqlarla bağlı ən son nəşr 4 fevral 2022-ci il tarixindədir. Uşaq anketlərinin yerləşdirilməsinin pik sayı isə 2020-ci ilin yayının sonuna təsadüf edir.
"Şəxsi məlumatları saytda yerləşdirilən uşaqların ən kiçiyinin heç 10 yaşı yoxdur. 2012-ci il təvəllüdlü qız "DXR"-in Qorlovka şəhərində keçirilən Böyük Qələbənin 76-cı ildönümünə həsr olunmuş aksiyada iştirak etdiyinə görə millətçi saytın bazasına daxil edilib", - deyə Terada bildirib.
Hüquq müdafiə qrupunun rəhbəri qeyd edib ki, yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının nəşri zamanı əhəmiyyətli dərəcədə çox halda onların yaşayış ünvanları və foto şəkilləri də dərc edilib.
"Sayta daxil olan 327 uşaqdan 25%-də onların faktiki yaşayış ünvanı dərc edilib. Və 20-dən çox uşağın fotoşəkil əlavə olunub", - deyə o vurğulayıb.
Toplanmış məlumatlara görə, yetkinlik yaşına çatmayanların 60%–dən çoxu "DXR" ərazisində, 8%–i "LXR" ərazisində, Rusiya Federasiyasında 72 uşaq, Ukrayna ərazisində 31, Belarusiyada 3, Ermənistanda 1 uşaq yaşayır.
Siyahıya salınmanın absurd səbəbləri
"Əsas səbəb Ukrayna sərhədinin Krım Respublikası ərazisindən keçməsidir. Bu, 268 halda belədir. 58 halda səbəb təbliğatın qurbanı, 13 halda "təbliğat tədbirləri"ndə iştirakdır. 9 halda, azyaşlının Krım Respublikasının qanuniləşdirmək cəhdlərində, belə deyək, iştirakı əsas götürülüb", - deyə Fondun rəhbəri bildirib.
"Mirotvorets" saytının məlumat bazasında təmsil olunan hər bir uşaq administrasiya və resursun yaradıcıları tərəfindən Ukraynanın milli təhlükəsizliyinə, sülhə, beynəlxalq hüquqa və asayişə qarşı qəsdən hərəkətlər etməkdə rüsvayçılıqla ittiham olunur.
"Məhv edilməyə" məhkumdur
Toplanmış materiallara görə, "Mirotvorets"in bazasından insanların harada olması barədə məlumat alan cinayətkarlar, bundan sonra onlara hədələr göndəriblər və ya təqib ediblər. Bu saytdakı nəşrlərə görə artıq bir neçə insan hücumların qurbanına çevrilib.
Adı "Mirotvorets"in bazasında olan "LXR"-dən 13 yaşlı yazıçı Faina Savenkova öz hekayəsini danışıb.
Fainanın şəxsi məlumatları saytda 2021-ci ilin avqustunda dərc edilib. Bundan sonra o, dəfələrlə təhqir və birbaşa təhdidlərə məruz qalıb. Onun sözlərinə görə, Rusiyada qadağan olunmuş "Azov" millətçi batalyonunun döyüşçüləri onu özünü və bütün ailəsini onun gözü qarşısında öldürməklə hədələyiblər.
"Səbəb müharibədə necə yaşadığım, Rusiya müsabiqə və festivallarında iştirak etdiyim barədə hekayələr yazmağım, həmçinin bu saytın bağlanması ilə bağlı BMT və UNICEF-ə müraciət yazmağımdır", - deyə Faina bildirib.
Fainanın ""Mirotvorets"dəki səhifəsində yuxarı sağ küncdə "Məhv edilməli" sözləri olan bir işarə var. Jurnalistin "Siyahıya düşmək qorxulu idi?" sualına Faina səmimi cavab verib: "Bəli, əlbəttə".
"Barəmdə bütün məlumatlar internetə qoyulub. Başıma belə bir iş gəlib: tanımadığım biri ad günüm münasibətilə məni təbrik etməyə gəldi. Ünvanımı "Mirotvorets" saytında öyrənmişdi. Əlbəttə, bu zərərsiz bir şey kimi görünür, amma hər şey daha da pis ola bilər", – deyə Faina paylaşıb.
Qız həmçinin bildirib ki, təhdidlərin çoxu sosial şəbəkələrdə, adətən qapalı hesablardan və ukrayna dilində gəlir.
"LXR" xarici işlər nazirinin müavini Anna Soroka da "Mirotvorets"in təhdidlərindən danışıb. Onun sözlərinə görə, Ukrayna səkkiz ildir ki, müharibə cinayətləri, şəxsiyyətə və insanlığa, sülhə qarşı cinayətlər törədir. Və bu saytın olması Kiyev rejiminin dəhşətli cinayətlərinin epizodlarından biridir.
"Mən öz təcrübəmdən bu saytda məlumat yerləşdirməyin nə olduğunu bilirəm. Uşağım haqqında məlumatlar istisna olmaqla, mənim bütün şəxsi məlumatlarım səkkiz ildir ki, bu saytdadır. Bunun fəsadları gecələr qapı zəngləri, təhdidlər, mənim həyatıma qəsdlər, övladıma sui-qəsdlərdir", - deyə o bildirib.
Doqquz ildir müharibənin dəhşətlərini yaşayan Donbas uşaqları bu sayta görə daha çox təhdid edilirlər.
"Bu sayt Donbas xalqının tam hüquqlu soyqırımı üçün şərait yaradır. Bu, Ukrayna hökuməti üçün "təsdiq əlamətidir" və ona görə adam öldürməyə icazə var", - deyə Soroka bəyan edib.
"Bu, Donbas sakinləri üçün Ukrayna qanunvericiliyi ilə leqallaşdırılan "öldürmə siyahısı"dır. İlkin olaraq, 2014-2015-ci illərdə UTX-dən (Ukrayna Təhlükəsizlik xidməti) və Ukrayna silahlı birləşmələrindən olan yoldaşlar bütün diqqətini ona yönəldiblər. Əgər bir şəxs saytda qeyd olunubsa, onu həbs etmək, işgəncə vermək, ələ salmaq olar. Və bundan sonra heç nə olmayacaq, onlar öz əməllərinə görə heç bir cinayət məsuliyyəti daşımayacaqlar", - deyə o bildirib.
Beynəlxalq ictimaiyyətin tam hərəkətsizliyi
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çıxışı zamanı beynəlxalq ictimaiyyəti bu saytla mübarizəyə çağırmaq cəhdlərindən, habelə Rusiya tərəfinin bu məsələ ilə bağlı gələcək addımlarından danışıb.
"Biz bu problemlə bağlı BMT-nin baş katibi Antonio Quterreşə məktub yazdıq, UNİCEF-ə də məktub göndərdik. Cavab gözlədik, amma aktiv fəaliyyət olmadı. Baş katib buna reaksiya vermədi. UNICEF Faina ilə görüşməyə cəhd etdi, amma sonda rəsmi görüş baş tutmadı. Sonra isə Ukraynada xüsusi hərbi əməliyyat başladı və məsələ unuduldu", - deyə Polyanski bildirib.
Faina Savenkova da öz növbəsində əlavə edib ki, görüş müqabilində UNICEF ona "sülh elçisi" olmağı təklif edib, lakin bu görüş hələ baş tutmayıb.
"2019-cu ildə BMT-nin Ukraynadakı monitorinq missiyasının sədr müavini Bencamin Moro, Radanın deputatlarını "Mirotvorets" saytının bağlanmasına təşəbbüs göstərməyə çağırıb. Buna cavab olaraq Ukrayna prezidenti milli qanunları pozan resursu bloklamaq üçün kifayət qədər səlahiyyətinin olmadığını bildirib", - deyə "Repressiyalarla Mübarizə Fondu"nun rəhbəri Mira Terada xatırladıb.
Xatırlatmaq yerinə düşər ki, müstəqil onlayn nəşrlərin bir neçə yüz xəbər saytı Prezident Volodimir Zelenskinin administrasiyası tərəfindən faktiki olaraq məhv edildiyi halda, Ukrayna hökuməti indiyədək "Mirotvorets"ə girişi məhdudlaşdırmaqdan qəti şəkildə imtina edib.
"Mirotvorets" ilə bundan sonrakı mübarizə
Dmitri Polyanskinin fikrincə, Rusiyanın vəzifəsi özünü sivil dünyanın bir hissəsi hesab edən beynəlxalq təşkilatlara və tərəfdaşlara əslində Ukraynada nələrin baş verdiyini göstərməkdir.
"Mira xanımın bizə verdiyi məlumatları qiymətləndirdik. Dünən Rusiya Federasiyası adından mən Antonio Quterreşə bu uşaqlar haqqında məlumat, bildiyimiz 327 ad haqqında məktub göndərdim. Və yəqin ki, bu adlar, əslində, daha çoxdur. Buna baxmayaraq, hətta bu rəqəm tamamilə dəhşətli və sarsıdıcıdır. Aydındır ki, bu şər qüvvə ilə mübarizə aparmaq lazımdır", - deyə diplomat bildirib.
O, iştirakçıları əmin edib ki, Rusiya Federasiyasının BMT yanındakı Daimi Nümayəndəliyi və Rusiya Xarici İşlər Nazirliyi bu məsələdə dünya miqyasında dəstək verməyə hazırdır.
Açıq məlumatlara görə, "Mirotvorets" serveri ABŞ-da yerləşir və bu, həmin resursun Amerika vətəndaşlarının və ya şirkətlərinin dəstəyi və yəqin ki, Amerika kəşfiyyat orqanlarının iştirakı ilə yaradıldığını təsdiqləyə bilər.
"Bu gün mən bu məsələ ilə bağlı əlavə məlumat aldım. Hazırda biz bu resursun istismarında iştirak edən insanlar və Amerika və Kanada korporasiyaları barəsində müəyyən yoxlamalar aparırıq. Məlumat yoxlanılan kimi müvafiq məlumatlar RF İstintaq İdarəsinə və bu məsələ ilə ciddi məşğul olacaq digər təşkilatlara veriləcək", - deyə Sülh Fondunun rəhbəri Terada bildirib.
Onun sözlərinə görə, təşkilatçılar və saytı maliyyələşdirənlər haqqında fondun növbəti hesabatı da BMT-yə müraciətə yeni materiallar əlavə etmək üçün cənab Polyanskiyə təqdim olunacaq.
Sonda Terada vurğulayıb ki, yalnız BMT, UNICEF, Rusiya və beynəlxalq insan haqları təşkilatlarının birgə səyləri ilə bu resursun tam bloklanmasına, uşaqların və onların valideynlərinin şəxsi məlumatlarının tamamilə silinməsinə nail olmaq olar.
Xəbər lenti
0