Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı MMA üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

© Photo : AZƏRTACTuran Qulamzadə Türkiyədə görüşlər keçirib
Turan Qulamzadə Türkiyədə görüşlər keçirib - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Azərbaycan MMA ilk peşəkar liqasının rəhbəri Qazaxıstan və Türkiyədən olan həmkarları ilə görüşüb.
BAKI, 23 iyul - Sputnik. Azərbaycanın MMA üzrə ilk peşəkar liqası olan “ASED Fighting Championship”in (AFC ASED) rəhbəri Turan Qulamzadə Türkiyədə səfərdə olub. AFC ASED-in mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, T.Qulamzadə səfər çərçivəsində bir sıra görüşlər keçirib.
AFC ASED-in rəhbəri Ankarada Qazaxıstanın ən nüfuzlu peşəkar liqası, dünya reytinqində “Top-30”-da yer alan “Octagon Liqası”nın rəhbəri Nurəddin Sadikov və Türkiyənin MMA üzrə rəhbəri “Pro MMA team”in qurucusu Sərdar Gökkaya ilə görüşüb.
© Photo : AZƏRTACTuran Qulamzadə Türkiyədə görüşlər keçirib
Turan Qulamzadə Türkiyədə görüşlər keçirib - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Turan Qulamzadə Türkiyədə görüşlər keçirib
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, planlar barədə fikir mübadiləsi aparılıb və bir sıra qərarlar qəbul edilib.
Görüşün nəticəsi olaraq, oktyabrın 28-də “Octagon Liqası” Ankarada 37-ci seriyasının keçirilməsinə qərar verib. Noyabrın 26-da isə Qazaxıstan liqası və AFC ASED birgə təşkilatçılığı ilə Bakıda “AFC -13 & Octagon 38” turniri təşkil olunacaq.
Gələn ilin martında AFC ASED Türkiyə təmsilçisi ilə birlikdə Ankarada “AFC-14” seriyasını keçirəcək.
Xatırladaq ki, Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Vaşinqtonda "Bellator 283" yarışında ilk döyüşündə rəqibini nokaut edib.
Musayevin dünyanın ən məşhur turnirlərindən birində rəqibi Amerikalı Sidney Outlaw olub.
Azərbaycanlı döyüşçü ilk raundda rəqibini nokaut edib. Hakim 27-ci saniyədə mübarizəni dayandırıb.
Xəbər lenti
0