https://sputnik.az/20220722/rusiya-hokumeti-bes-olkeni-qeyri-dost-olkeler-siyahisina-saldi-444270966.html
Rusiya hökuməti beş ölkəni qeyri-dost ölkələr siyahısına saldı
Rusiya hökuməti beş ölkəni qeyri-dost ölkələr siyahısına saldı
Sputnik Azərbaycan
Nazirlər Kabineti "Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını" yeniləyib. 22.07.2022, Sputnik Azərbaycan
2022-07-22T14:02+0400
2022-07-22T14:02+0400
2022-07-22T14:03+0400
rusiya
rusiya
dost
ölkə
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071530_0:160:3072:1888_1920x0_80_0_0_79e54a80f542028a0ec3d2994807fec5.jpg
BAKI, 22 iyul — Sputnik. Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya Rusiyaya dost olmayan dövlətlər siyahısına daxil edilib. Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.Xəbərdə deyilir ki, Nazirlər Kabineti "Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını" yeniləyib. Bu siyahıya Danimarka, Yunanıstan, Slovakiya, Sloveniya və Xorvatiya daxildir.Sərəncam Prezident Vladimir Putinin 23 aprel 2021-ci il tarixli 243 nömrəli "Xarici dövlətlərin qeyri-dost hərəkətlərinə təsir (mübarizə) tədbirlərinin tətbiqi haqqında" fərmanının icrası məqsədilə qəbul edilib. Sənəd bu ölkələrin konsulluqlarında, səfirliklərində və dövlət qurumlarının nümayəndəliklərində Rusiya ərazisində olan şəxslər arasından işçilərin işə götürülməsi imkanlarının (tam qadağaya qədər) məhdudlaşdırılmasını nəzərdə tutur.Nazirlər Kabinetindən bildirilib ki, hökumətin təsdiq etdiyi siyahıda ölkələrin adlarından əlavə, Rusiya ərazisində qeyri-dost ölkələrin diplomatik nümayəndəlikləri və onların konsulluqlarının əmək müqaviləsi bağlaya biləcəyi şəxslərin sayı göstərilir. Yunanıstan üçün yeni sərəncama əsasən, 34 nəfər, Danimarka üçün 20, Slovakiya üçün 16 nəfər limit təyin edilib. Xorvatiya və Sloveniya isə konsulluq və diplomatik nümayəndəliklərinə işçi götürə bilməyəcək.Xatırladaq ki, 2021-ci ilin mayında Çexiya və ABŞ-ın diplomatik nümayəndəliklərinə məhdudiyyətlər qoyulub. Bildirilir ki, hökumət tərəfindən təsdiq edilmiş siyahı son deyil. Siyahı Rusiyanın xaricdəki nümayəndəliklərinə qarşı yönəlmiş xarici dövlətlərin davam edən düşmənçilik hərəkətləri nəzərə alınmaqla genişləndirilə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071530_171:0:2902:2048_1920x0_80_0_0_609cddecd42f81132da15f548e1ddd45.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, dost, ölkə
Rusiya hökuməti beş ölkəni qeyri-dost ölkələr siyahısına saldı
14:02 22.07.2022 (Yenilənib: 14:03 22.07.2022) Nazirlər Kabineti "Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını" yeniləyib.
BAKI, 22 iyul — Sputnik. Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya Rusiyaya dost olmayan dövlətlər siyahısına daxil edilib. Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə deyilir ki, Nazirlər Kabineti "Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını" yeniləyib. Bu siyahıya Danimarka, Yunanıstan, Slovakiya, Sloveniya və Xorvatiya daxildir.
Sərəncam Prezident Vladimir Putinin 23 aprel 2021-ci il tarixli 243 nömrəli "Xarici dövlətlərin qeyri-dost hərəkətlərinə təsir (mübarizə) tədbirlərinin tətbiqi haqqında" fərmanının icrası məqsədilə qəbul edilib. Sənəd bu ölkələrin konsulluqlarında, səfirliklərində və dövlət qurumlarının nümayəndəliklərində Rusiya ərazisində olan şəxslər arasından işçilərin işə götürülməsi imkanlarının (tam qadağaya qədər) məhdudlaşdırılmasını nəzərdə tutur.
Nazirlər Kabinetindən bildirilib ki, hökumətin təsdiq etdiyi siyahıda ölkələrin adlarından əlavə, Rusiya ərazisində qeyri-dost ölkələrin diplomatik nümayəndəlikləri və onların konsulluqlarının əmək müqaviləsi bağlaya biləcəyi şəxslərin sayı göstərilir. Yunanıstan üçün yeni sərəncama əsasən, 34 nəfər, Danimarka üçün 20, Slovakiya üçün 16 nəfər limit təyin edilib. Xorvatiya və Sloveniya isə konsulluq və diplomatik nümayəndəliklərinə işçi götürə bilməyəcək.
Xatırladaq ki, 2021-ci ilin mayında Çexiya və ABŞ-ın diplomatik nümayəndəliklərinə məhdudiyyətlər qoyulub. Bildirilir ki, hökumət tərəfindən təsdiq edilmiş siyahı son deyil. Siyahı Rusiyanın xaricdəki nümayəndəliklərinə qarşı yönəlmiş xarici dövlətlərin davam edən düşmənçilik hərəkətləri nəzərə alınmaqla genişləndirilə bilər.