Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna qoşunları Donetskdən daha da uzağa köçürülməlidir - Medvedev

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidDmitri Medvedev
Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, xüsusi əməliyyatın tapşırıqlarının yerinə yetirilməsi müəyyən vaxt tələb edir.
BAKI, 21 iyul — Sputnik. Ukrayna qoşunları təkcə Donetskdən deyil, daha da uzağa köçürülməlidir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Donbasdan və Ukraynadan olan qaçqınlarla Rostov vilayətində görüşündə bildirib.
Siyasətçi qeyd edib ki, xüsusi əməliyyat üçün nəzərdə tutulan bütün planlar həyata keçiriləcək.
"Qoşunlar təkcə Donetskdən geri çəkilməli deyil. İndi biz daha geniş və uzaqlara hərəkət etməliyik", - Medvedev bildirib.
Medvedev qeyd edib ki, xüsusi əməliyyatın tapşırıqlarının yerinə yetirilməsi müəyyən vaxt tələb edir.
"Biz bir xalqıq. Şübhəsiz ki, biz bəyan etdiyimiz hər şeyi edəcəyik, o cümlədən prezidentin dediyi xüsusi hərbi əməliyyat çərçivəsində və digər sahələrdə hər şeyi sona çatdıracağıq", - deyə o əlavə edib.
Medvedev qaçqınlarla söhbət etdikdən sonra Rostov vilayətində qalib sovet əsgərinin abidəsi önünə gül dəstələri qoyub. Mərasimdə baş nazirin müavini Tatyana Qolikova, Rusiyanın əmək naziri Anton Kotyakov, "Rospotrebnadzor"un rəhbəri Anna Popova da iştirak ediblər.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0