https://sputnik.az/20220721/rusiyanin-taxili-ve-gubresi-olmadan-erzaq-bohranini-hell-etmek-cetindir---rudenko-444242628.html
Rusiyanın taxılı və gübrəsi olmadan ərzaq böhranını həll etmək çətindir - Rudenko
Rusiyanın taxılı və gübrəsi olmadan ərzaq böhranını həll etmək çətindir - Rudenko
Sputnik Azərbaycan
RF xarici işlər nazirinin müavini bildirib ki, Ukrayna taxılına dair danışıqlar videoformatda davam edir və tərəflərin konstruktiv yanaşması var. 21.07.2022, Sputnik Azərbaycan
2022-07-21T19:28+0400
2022-07-21T19:28+0400
2022-07-21T19:44+0400
taxıl
rusiya
gübrə
böhran
https://cdnn1.img.sputnik.az/img/07e5/06/03/427117370_0:78:3125:1837_1920x0_80_0_0_26630f5cd239011ab70a4fd7801e37f1.jpg
BAKI, 21 iyul — Sputnik. Ərzaq böhranı problemini təkcə Ukrayna taxılının hesabına həll etmək olmaz, Rusiya taxılı və gübrələri ilə məsələni həll etmək lazımdır. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib."Düşünmürəm ki, bu problem Ukrayna taxılının tədarükü ilə həll oluna bilər. Rusiya taxıl və gübrələrinin tədarükü olmadan, yəqin ki, bu məsələdə irəliləyişə ümid etmək çətin olacaq", - o, jurnalistlərə bildirib.Onun sözlərinə görə, ərzaq böhranı kontekstində Ukrayna taxılının və Rusiyanın həm taxıl, həm də gübrələrin tədarükü məsələlərinin paralel həll olunması məntiqlidir. Xarici işlər nazirinin müavini bildirib ki, Rusiya BMT ilə Rusiya taxılı və gübrəsi ilə bağlı məsələni müzakirə edir.Ukrayna taxılına dair danışıqlar videoformatda davam edir, tərəflərin konstruktiv yanaşması var, - deyə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib."Hələlik görüşlə bağlı dəqiq tarix yoxdur. Danışıqlar videoformatda davam edir. Onlar kifayət qədər dinamikdir, tərəflər konstruktiv şəkildə iştirak edirlər. Ümid edirik ki, yaxın vaxtlarda razılıq əldə olunacaq", - diplomat jurnalistlərə bildirib.Bundan əvvəl İstanbulda Türkiyə, Rusiya, Ukrayna hərbi nümayəndə heyətləri ilə BMT nümayəndə heyəti arasında "taxıl məsələsi"nin həlli ilə bağlı danışıqlar aparılıb.Danışıqlardan sonra Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib ki, İstanbulda koordinasiya mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub və Ukrayna və Rusiya nümayəndə heyətləri "taxıl məsələsi"ni müzakirə etmək üçün yenidən Türkiyədə görüşəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/03/427117370_79:0:2810:2048_1920x0_80_0_0_b255a926ac36e8f4c9db89fef6ca1e8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, gübrə, böhran
Rusiyanın taxılı və gübrəsi olmadan ərzaq böhranını həll etmək çətindir - Rudenko
19:28 21.07.2022 (Yenilənib: 19:44 21.07.2022) RF xarici işlər nazirinin müavini bildirib ki, Ukrayna taxılına dair danışıqlar videoformatda davam edir və tərəflərin konstruktiv yanaşması var.
BAKI, 21 iyul — Sputnik. Ərzaq böhranı problemini təkcə Ukrayna taxılının hesabına həll etmək olmaz, Rusiya taxılı və gübrələri ilə məsələni həll etmək lazımdır. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Düşünmürəm ki, bu problem Ukrayna taxılının tədarükü ilə həll oluna bilər. Rusiya taxıl və gübrələrinin tədarükü olmadan, yəqin ki, bu məsələdə irəliləyişə ümid etmək çətin olacaq", - o, jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ərzaq böhranı kontekstində Ukrayna taxılının və Rusiyanın həm taxıl, həm də gübrələrin tədarükü məsələlərinin paralel həll olunması məntiqlidir. Xarici işlər nazirinin müavini bildirib ki, Rusiya BMT ilə Rusiya taxılı və gübrəsi ilə bağlı məsələni müzakirə edir.
Ukrayna taxılına dair danışıqlar videoformatda davam edir, tərəflərin konstruktiv yanaşması var, - deyə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Hələlik görüşlə bağlı dəqiq tarix yoxdur. Danışıqlar videoformatda davam edir. Onlar kifayət qədər dinamikdir, tərəflər konstruktiv şəkildə iştirak edirlər. Ümid edirik ki, yaxın vaxtlarda razılıq əldə olunacaq", - diplomat jurnalistlərə bildirib.
Bundan əvvəl İstanbulda Türkiyə, Rusiya, Ukrayna hərbi nümayəndə heyətləri ilə BMT nümayəndə heyəti arasında "taxıl məsələsi"nin həlli ilə bağlı danışıqlar aparılıb.
Danışıqlardan sonra Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib ki, İstanbulda koordinasiya mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub və Ukrayna və Rusiya nümayəndə heyətləri "taxıl məsələsi"ni müzakirə etmək üçün yenidən Türkiyədə görüşəcəklər.