https://sputnik.az/20220721/qerbin-liberal-diktaturanin-iflasa-ugradigini-etiraf-etmesinin-vaxtidir---zaxarova-444222840.html
Qərbin liberal diktaturanın iflasa uğradığını etiraf etməsinin vaxtıdır - Zaxarova
Qərbin liberal diktaturanın iflasa uğradığını etiraf etməsinin vaxtıdır - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Federasiyası xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin siyasətini şərh edib. 21.07.2022, Sputnik Azərbaycan
2022-07-21T15:25+0400
2022-07-21T15:25+0400
2022-07-21T15:34+0400
mariya zaxarova
rusiya
kreml
italiya
almaniya
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436551335_0:0:2797:1574_1920x0_80_0_0_bf3d7c59dbf12fa7b5fcd2df504dbf0f.jpg
BAKI, 21 iyul — Sputnik. Qərbin NATO ölkələrində siyasətçilərin son "istefa paradında" "Kremlin əlini" görmək cəhdləri iyrəncdir. Bunu Sputnik radiosuna müsahibəsində Rusiya Federasiyası xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib."Artıq avropalı siyasətçilərin istefalarına görə təəssüf mərhələsini artıq hamı yaşayıb - həm bu ölkələrin daxilində, həm də onların hüdudlarından kənarda. İtaliyadakı hazırkı siyasi qüvvələr öz xalqına hökumətin istefasının Rusiya ilə bağlı olması barədə yalan danışanda, bunların "Kremlin hiylələri" olduğunu, Rusiya Federasiyasının İtaliyaya qarşı qurduğu zərərli planlar və intriqalar olduğu barədə məlumat verdikdə, bu, artıq ikrah istisna olmaqla, heç bir hissə səbəb olmur", - deyə XİN nümayəndəsi bildirib.O, qeyd edib ki, əvvəllər bu cür məntiq nümayiş etdirənlər, həqiqətən də, təəssüfə layiq idilər, baxmayaraq ki, bir çox Avropa siyasətçiləri buna "xaricdən təzyiqlə" haqq qazandırırdılar."Öz xalqınıza izah etmək üçün bir yol tapın ki, sizə ən yaxın nəzər saldıqda zərbə endirən, onsuz da pandemiyadan sonra böhran içində olan iqtisadiyyatı dağıdan tədbirləri nə üçün dəstəklədiniz? Öz əhalinizə özünüz izah edin. Sizin ölkənizə prinsipcə aidiyyəti olmayan xarici amillə bağlı tezisdən nə üçün sonsuz dərəcədə istifadə etmək lazımdır?"- deyə Zaxarova sual verib.Onun sözlərinə görə, Qərb ölkələri onların liberal diktaturaya əsaslanan siyasi sistemlərinin nə iqtisadi nöqteyi-nəzərdən, nə də daxili və xarici təhlükəsizlik baxımından qeyri-mümkün olduğunu etiraf etməli və öz uğursuzluqlarında Rusiyanı təqsirləndirməməlidirlər.Avropa ölkələrində istefalar paradıSon bir ayda bir neçə Qərb dövlətinin - Böyük Britaniya, Bolqarıstan və Estoniyanın hökumətləri istefa verib. İyulun 14-də İtaliyanın baş naziri Mario Draqi də postunu tərk etmək qərarını açıqlasa da, ölkə prezidenti onun istefasını qəbul etməyib. Almaniyada da hökumətin narkotikdən istifadə edildiyi qonaqlığı bağlı qalmaqalı fonunda kansler Olaf Şoltsun mümkün istefası ilə bağlı şayiələr yaranıb.Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Draqinin uğursuz istefası məsələsini və Şoltsun mümkün gedişi ilə bağlı şayiələri iki ölkənin daxili işi hesab edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436551335_171:0:2650:1859_1920x0_80_0_0_d2423a8678500901b9cccf29008497fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, kreml, italiya, almaniya
mariya zaxarova, kreml, italiya, almaniya
Qərbin liberal diktaturanın iflasa uğradığını etiraf etməsinin vaxtıdır - Zaxarova
15:25 21.07.2022 (Yenilənib: 15:34 21.07.2022) Rusiya Federasiyası xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin siyasətini şərh edib.
BAKI, 21 iyul — Sputnik. Qərbin NATO ölkələrində siyasətçilərin son "istefa paradında" "Kremlin əlini" görmək cəhdləri iyrəncdir. Bunu Sputnik radiosuna müsahibəsində Rusiya Federasiyası xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Artıq avropalı siyasətçilərin istefalarına görə təəssüf mərhələsini artıq hamı yaşayıb - həm bu ölkələrin daxilində, həm də onların hüdudlarından kənarda. İtaliyadakı hazırkı siyasi qüvvələr öz xalqına hökumətin istefasının Rusiya ilə bağlı olması barədə yalan danışanda, bunların "Kremlin hiylələri" olduğunu, Rusiya Federasiyasının İtaliyaya qarşı qurduğu zərərli planlar və intriqalar olduğu barədə məlumat verdikdə, bu, artıq ikrah istisna olmaqla, heç bir hissə səbəb olmur", - deyə XİN nümayəndəsi bildirib.
O, qeyd edib ki, əvvəllər bu cür məntiq nümayiş etdirənlər, həqiqətən də, təəssüfə layiq idilər, baxmayaraq ki, bir çox Avropa siyasətçiləri buna "xaricdən təzyiqlə" haqq qazandırırdılar.
"Öz xalqınıza izah etmək üçün bir yol tapın ki, sizə ən yaxın nəzər saldıqda zərbə endirən, onsuz da pandemiyadan sonra böhran içində olan iqtisadiyyatı dağıdan tədbirləri nə üçün dəstəklədiniz? Öz əhalinizə özünüz izah edin. Sizin ölkənizə prinsipcə aidiyyəti olmayan xarici amillə bağlı tezisdən nə üçün sonsuz dərəcədə istifadə etmək lazımdır?"- deyə Zaxarova sual verib.
Onun sözlərinə görə, Qərb ölkələri onların liberal diktaturaya əsaslanan siyasi sistemlərinin nə iqtisadi nöqteyi-nəzərdən, nə də daxili və xarici təhlükəsizlik baxımından qeyri-mümkün olduğunu etiraf etməli və öz uğursuzluqlarında Rusiyanı təqsirləndirməməlidirlər.
Avropa ölkələrində istefalar paradı
Son bir ayda bir neçə Qərb dövlətinin - Böyük Britaniya, Bolqarıstan və Estoniyanın hökumətləri istefa verib. İyulun 14-də İtaliyanın baş naziri Mario Draqi də postunu tərk etmək qərarını açıqlasa da, ölkə prezidenti onun istefasını qəbul etməyib. Almaniyada da hökumətin narkotikdən istifadə edildiyi qonaqlığı bağlı qalmaqalı fonunda kansler Olaf Şoltsun mümkün istefası ilə bağlı şayiələr yaranıb.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Draqinin uğursuz istefası məsələsini və Şoltsun mümkün gedişi ilə bağlı şayiələri iki ölkənin daxili işi hesab edir.