Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BMT-nin baş katibi taxılla bağlı danışıqlar üçün İstanbula gedəcək

© Eskinder DEBEBE / UN Photo / AFPAntonio Quterreş, arxiv şəkli
Antonio Quterreş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Rusiya XİN rəsmisi Andrey Rudenko bildirib ki, ərzaq böhranı problemi təkcə Ukrayna taxılının hesabına həll edilə bilməz. Bunun üçün Rusiyanın taxılı və gübrələri lazımdır.
BAKI, 21 iyul - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş İstanbula səfər edəcək. Bu barədə brifinqdə BMT baş katibi nümayəndəsinin müavini Farahan Haq məlumat verib. Onun sözlərinə görə, səfər Ukrayna və Rusiyadan taxılın, eləcə də Rusiyadan gübrələrin ixracı ilə bağlı razılığın əldə edilməsi səyləri çərçivəsində həyata keçiriləcək.
“BMT-nin baş katibi Ukraynanın ərzaq və Rusiya məhsulları və gübrələrinə qlobal çıxışı təmin etmək səyləri çərçivəsində bu gecə İstanbula səfər edəcək”, - deyə Haq bildirib.
Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ərzaq böhranı probleminin təkcə Ukrayna taxılının hesabına həll edilə bilməyəcəyini, məsələnin Rusiyanın taxılı və gübrələri ilə həll edilməli olduğunu deyib.
"Düşünmürəm ki, bu problem Ukrayna taxılının tədarükü ilə həll oluna bilər. Rusiya taxıl və gübrələrinin tədarükü olmadan, yəqin ki, bu məsələdə irəliləyişə ümid etmək çətin olacaq", - o, jurnalistlərə bildirib.
© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidRusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Andrey Rudenko, arxiv şəkli
Заместитель министра иностранных дел РФ Андрей Руденко, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Andrey Rudenko, arxiv şəkli
Onun sözlərinə görə, ərzaq böhranı kontekstində Ukrayna taxılının və Rusiyanın həm taxıl, həm də gübrələrin tədarükü məsələlərinin paralel həll olunması məntiqlidir. Xarici işlər nazirinin müavini bildirib ki, Rusiya BMT ilə Rusiya taxılı və gübrəsi ilə bağlı məsələni müzakirə edir.
Ukrayna taxılına dair danışıqlar videoformatda davam edir, tərəflərin konstruktiv yanaşması var, - deyə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Azərbaycanda taxıl biçimi - Sputnik Azərbaycan, 1920, 20.07.2022
RUSİYA
Qara dənizdə taxıl yüklü gəmilərin hərəkəti üçün təhlükəsiz marşrutlar müəyyənləşib
Xəbər lenti
0