https://sputnik.az/20220721/abs-qanunverici-orqaninin-rusiya-ile-bagli-beyanatini-menfi-qiymetlendiririk---peskov-444231116.html
ABŞ qanunverici orqanının Rusiya ilə bağlı bəyanatını mənfi qiymətləndiririk - Peskov
ABŞ qanunverici orqanının Rusiya ilə bağlı bəyanatını mənfi qiymətləndiririk - Peskov
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya ilə ABŞ arasında münasibətlərə daha da zədələyə biləcək başqa nəsə etmək çox çətindir. 21.07.2022, Sputnik Azərbaycan
2022-07-21T22:38+0400
2022-07-21T22:38+0400
2022-07-21T22:38+0400
abş
rusiya
peskov
parlament
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438027264_0:260:2995:1945_1920x0_80_0_0_9a8546eed9b86f7d5aef2dfa83f5a1c0.jpg
BAKI, 21 iyul — Sputnik. Kreml Ukraynadakı hadisələrə görə ABŞ qanunverici orqanının Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıya biləcəyi ilə bağlı bəyanatını son dərəcə mənfi qiymətləndirir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib."Biz belə bir addımın nəticələrini çox mənfi qiymətləndiririk. Rusiya ilə ABŞ arasında münasibətləri daha da zədələyə biləcək başqa nəsə etmək çox çətindir. Münasibətlər artıq pis vəziyyətdədir", - o deyib.Ötən gün "Politico"nun öz mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib ki, əgər Dövlət Departamenti Ukraynadakı hadisələrə görə Rusiyanı terrorizmin himayədarı kimi tanımasa, onda ABŞ qanunverici orqanı bunu edəcək.Blinken və Pelosinin nümayəndələri bu məlumatı şərh etməkdən imtina ediblər. Nəşr xatırladır ki, Konqres dövlət katibinə bəzi ölkələri ABŞ-ın terrorizmin sponsoru olan dövlətlər siyahısına daxil etmək hüququ verib. Bununla belə, qanunvericilər Dövlət Departamentinin iştirakı olmadan bunu etməyə imkan verəcək təşəbbüslə çıxış edə bilərdilər.Terrorçuluğu himayə edən ölkələrin siyahısına Vaşinqtonun fikrincə, beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləyən dövlətlər də daxil edilə bilər. ABŞ administrasiyası siyahıdakı şəxslərə qarşı sanksiyaların tətbiqi baxımından geniş səlahiyyətlərə malikdir. ABŞ Maliyyə Nazirliyi həmin hüquqi və fiziki şəxslərə, həmçinin siyahıda olan ölkələrlə ticarət aparan dövlətlərə qarşı tədbirlər görə bilər. Dövlətlərin siyahıya daxil edilməsi əlavə məhdudlaşdırıcı tədbirlər üçün əhəmiyyətli təsirlərə malik ola bilər. Hazırda bu siyahıya İran, Şimali Koreya, Kuba və Suriya daxildir.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl ABŞ-ın Rusiyanın terrorizmi himayə edən ölkə kimi tanınması təşəbbüsünü ağılsızca hərəkət adlandırmışdı. Diplomat bunun cavabsız qalmayacağını vurğulayıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438027264_264:0:2995:2048_1920x0_80_0_0_fe15eace12e39eb07afb389d6d99a1fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, peskov, parlament
ABŞ qanunverici orqanının Rusiya ilə bağlı bəyanatını mənfi qiymətləndiririk - Peskov
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya ilə ABŞ arasında münasibətlərə daha da zədələyə biləcək başqa nəsə etmək çox çətindir.
BAKI, 21 iyul — Sputnik. Kreml Ukraynadakı hadisələrə görə ABŞ qanunverici orqanının Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıya biləcəyi ilə bağlı bəyanatını son dərəcə mənfi qiymətləndirir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz belə bir addımın nəticələrini çox mənfi qiymətləndiririk. Rusiya ilə ABŞ arasında münasibətləri daha da zədələyə biləcək başqa nəsə etmək çox çətindir. Münasibətlər artıq pis vəziyyətdədir", - o deyib.
Ötən gün "Politico"nun öz mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib ki, əgər Dövlət Departamenti Ukraynadakı hadisələrə görə Rusiyanı terrorizmin himayədarı kimi tanımasa, onda ABŞ qanunverici orqanı bunu edəcək.
Blinken və Pelosinin nümayəndələri bu məlumatı şərh etməkdən imtina ediblər. Nəşr xatırladır ki, Konqres dövlət katibinə bəzi ölkələri ABŞ-ın terrorizmin sponsoru olan dövlətlər siyahısına daxil etmək hüququ verib. Bununla belə, qanunvericilər Dövlət Departamentinin iştirakı olmadan bunu etməyə imkan verəcək təşəbbüslə çıxış edə bilərdilər.
Terrorçuluğu himayə edən ölkələrin siyahısına Vaşinqtonun fikrincə, beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləyən dövlətlər də daxil edilə bilər. ABŞ administrasiyası siyahıdakı şəxslərə qarşı sanksiyaların tətbiqi baxımından geniş səlahiyyətlərə malikdir. ABŞ Maliyyə Nazirliyi həmin hüquqi və fiziki şəxslərə, həmçinin siyahıda olan ölkələrlə ticarət aparan dövlətlərə qarşı tədbirlər görə bilər. Dövlətlərin siyahıya daxil edilməsi əlavə məhdudlaşdırıcı tədbirlər üçün əhəmiyyətli təsirlərə malik ola bilər. Hazırda bu siyahıya İran, Şimali Koreya, Kuba və Suriya daxildir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl ABŞ-ın Rusiyanın terrorizmi himayə edən ölkə kimi tanınması təşəbbüsünü ağılsızca hərəkət adlandırmışdı. Diplomat bunun cavabsız qalmayacağını vurğulayıb.